Ermənistan silahlanır

Venezuelan soldiers stand guard during the public destruction of weapons in the western state of LaraYeni razılaşmaya əsasən Ermənistan Rusiya hərbi zavodlarından birbaşa silah-sursat ala biləcək\r\nYaxın günlərdə Ermənistanla Rusiya arasında vacib bir razılaşmanın ratifikasiya ediləcəyi gözlənilir. ANS PRESS-in panarmenian.net-ə istinadən verdiyi məlumata görə, razılaşmaya əsasən Ermənistan Rusiya hərbi zavodlarından birbaşa silah-sursat ala biləcək.\r\nErmənistan Rusiya ilə bu cür müqaviləsi olan yeganə dövlət olacaq. Bunadək Belarusla Rusiya arasında buna bənzər razılaşma olsa da müqavilədə bəzi istisnalar mövcud idi. Ermənistanla rtazılaşmada isə bütün bu istisnalar nəzərdə tutulmayıb.\r\nQeyd edək ki, bu il Rusiyanın millli təhlükəsizlik katibi Nikolay Patruşevin Ermənistana rəsmi səfəri çərçivəsində iki tərəf arasına hərbi-texniki əməkdaşlığın gücləndirilməsi istiqamətində razılaşma imzalanmışdı.\r\nMüqaviləyə əsasən iki tərəf maneəsiz şəkildə bir-birinə hərbi təyinatlı məhsullar sata bilər. Razılaşmaya əsasən Rusiya Ermənistanda hərbi sursat, zirehli texnika istehsal edən zavod və Hərbi Hava Qüvvələri, eləcə də Hava Hücumundan Müdafiə sistemi üçün texnikanı təmir edəcək baza da formalaşdıracaq.\r\n\r\nMənbə\r\n ANS PRESS

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory