Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən Dünya Turizm Günü qeyd ediləcəkdir

Bakı, 26 sentyabr (AzərTAc). Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) və şəbəkəyə daxil olan mədəniyyət müəssisələrinin 27 sentyabr – Dünya Turizm Günü ilə əlaqədar tədbirlər planı hazırlanmışdır.\r\nİdarədən AzərTAc-a bildirmişlər ki, mədəniyyət evləri və mərkəzləri tərəfindən Şirvanşahlar Sarayı Kompleksinə, “Qobustan” Dövlət Tarix-Bədii, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq, “Qala” Dövlət Tarix-Etnoqrafiya, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruqlarına ekskursiya təşkil ediləcəkdir.\r\nBŞMTİ-nin tərkibində fəaliyyət göstərən Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemləri isə bu gün münasibətilə mühazirə, sərgi, məruzə, söhbət, “dəyirmi masa” keçirəcəkdir.\r\nİdarənin şəbəkəsinə daxil olan ev və xatirə muzeylərində, Heydər Əliyev mərkəzlərində tədbirlər təşkil ediləcək, həmçinin həmin gün bu müəssisələrə “Açıq qapı” günü elan olunacaqdır.

Şərhini bildir

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory