Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının məsləhətçi operatorları üçün praktiki treninqə başlanılmışdır

Mərkəzi seçki komissiyasında 30.09.2013Bakı, 30 sentyabr (AzərTAc). Oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq məqsədilə sentyabrın 30-da Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının (DSK) məsləhətçi-operatorları üçün praktiki treninqə başlanılmışdır.\r\nAzərTAc xəbər verir ki, treninqin ilk günündə MSK katibliyinin rəhbəri Rövzət Qasımov çıxış edərək, bu il 125 seçki dairəsinin hamısına optik xətt çəkildiyini və MSK ilə lokal şəbəkədə birləşdirildiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, məlumatların daha operativ, intensiv və təhlükəsiz ötürülməsi, toplanması, saxlanılması və ictimailəşdirilməsi üçün “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı yaradılmışdır. Yeni lokal şəbəkə operativliyin təmin edilməsi üçün geniş imkanlara malikdir.\r\nVurğulanmışdır ki, üç gün davam edəcək treninqin məqsədi operatorlara seçki günü məlumatlarını MSK-ya ötürmək üçün istifadə edəcəkləri “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə praktiki məlumat vermək, əyani formada istifadə qaydalarını öyrətmək, onları maraqlandıran suallara aydınlıq gətirməkdən ibarətdir. Operatorlar bu treninqdə praktiki iş təcrübəsi qazanacaqlar ki, bu da seçki günü şəbəkədən daha rahat istifadəni təmin edəcəkdir.\r\nSonra MSK katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov treninqdə iştirak edənlərə seçici siyahılarında səhvlərin aradan qaldırılması, DSK-ların informasiya texnologiyaları avadanlığı ilə təchizatı, MSK məlumatlarından smartfon tipli mobil telefon proqramlarında istifadəsi, seçkilər şəbəkəsi üzrə yeniliklər barədə məlumat vermiş, informasiyaların ötürülməsində yarana biləcək texniki problemlərin həlli yollarından danışmışdır.\r\nSonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 30
  • 23
  • 2,227
  • 4,326
ILK-10 Azeri Website Directory