ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar Azərbaycan Mətbuat Şurasında olub.

ABŞ-ın Azərbaycandakı səfiri 30.09.2013Qonağı salamlayan MŞ sdəri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib. Xüsusən Şuranın şikayətləri araşdırması proseduru üzərində dayanan Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi quruma müxtəlif vətəndaş qruplarından, o cümlədən ayrı-ayrı siyasi partiyalardan da müraciətlər daxil olur. Bu şikayətlərdə cavabdeh tərəf kimi həm iqtidar, həm də müxalifət yönümlü media göstərilir. «Mətbuat Şurası araşdırma prosesində hər hansı ayrıseçkilik etmir, başlıca olaraq peşə prinsiplərini rəhbər tutur», – deyən Amaşov fikrini konkret misallarla əsaslandırıb, Şuranın qarşıdakı planlarından danışıb.\r\nSeçki prosesi və medianın seçkidə iştirakı ilə bağlı müzakirələr zamanı MŞ sədri bildirib ki, Şura seçki kampaniyası müddətində jurnalistlərin həssas prosesi işıqlandırmalarına yaradılmış şəraiti nəzarətdə saxlamaq üçün konkret tədbirlər həyata keçirməkdədir. Xüsusən kütləvi aksiyalar zamanı aparılan monitorinqlərə toxunan Ə.Amaşov vurğulayıb ki, işlərin intensivliyini artırmaq üçün MŞ-nin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən əlavə nümayəndələr cəlb olunub. Ə.Amaşov kütləvi aksiyalarda jurnalist təhlükəsizliyinin təminatının Mətbuat Şurası üçün prioritet vəzifə olduğunu bildirərək yarana biləcək problemlərin dərhal aradan qaldırılması üçün MŞ-nin «qaynar xətt»inin də fəaliyyət göstərdiyini diqqətə çatdırıb.\r\nSəfir R.Morninqstar hər bir cəmiyyət üçün seçkinin böyük önəm daşıdığını, prosesin medianın aktivliyinə də təsirsiz ötüşmədiyini vurğulayıb. O bu baxımdan Azərbaycan mediasının da həssas mərhələ yaşadığını diqqətə çatdırıb. Səfir bildirib ki, kütləvi informasiya vasitələrinin mövcud vəziyyətdə ictimai maraqları üstün tutmaları üçün onlara eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da fəal dəstəyi lazımdır.\r\nGörüşdə ölkəmizdə söz və mətbuat azadğınını müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycan mediasının qabaqcıl ənənəyə malik ABŞ mediası ilə qarşılıqlı təmaslarının və təcrübə mübadiləsi imkanlarının artırılması istiqamətində müvafiq tədbirlərin görülməsinin vacibliyi ifadə olundu.

Şərhini bildir

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 70
  • 18
  • 891
  • 3,342
ILK-10 Azeri Website Directory