Hüquqşünasların dəyirmi masası keçirilmişdir

Hüquqşunasların 1.10.201326 sentyabr tarixində Azərbaycan Risk Peşəkarları Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə JW Marriot otelində ölkənin aparıcı banklarının hüquq menecerlerinin və mütəxəssislərinin toplantısı keçirilmişdir. Toplantıya Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin Direktoru Azərbaycan Respublikasının əməkdar hüquqşünası xanım Rəna Məlikova, “AtaHolding” ASC Hüquq Departamentin direktoru Qorxmaz Ağayev də qatılmışdır.Toplantının gündəliyinin əsasını bankların üzləşdiyi əhəmiyyətli hüquqi risklərin və problemlərin müzakirəsi və onların həlli yollarının tapılması, banklarda hüquq işinin risk idarəetməsi konsepsiya əsasında yenidən baxılması mövzuları təşkil etmişdi.\r\nToplantıda bank sektorunun hüquqşunaslarını maraqlandıran mövzular ətrafında müzakirələr aparılmış, Mərkəzi Bankın və bankların müzakirə edilən mövzularla bağlı mövqeləri səsləndirilmiş, hüquqi məsələlərlə bağlı yaranmış suallar cavablandırılaraq təkliflər dinlənilmişdir.\r\nBanklarda hüquqi auditin və hüquq işinin idarəetmə standartlarının müəyyən olunması və bu məsələlərin qanunvericilik səviyyəsində təsbit olunması zəruriliyi vurğulanmışdır.\r\nAzərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin Direktoru xanım Rəna Məlikova müzakirə edilən məsələlərin həllində öz səlahiyyətləri daxilində yardımçı olacağını və bankları narahat edən məsələləri aidiyyati instansiyalara çatdıracağını bildirmişdir.\r\nYekunda belə toplantıların, hüquq sahəsində problemlərin vaxtında ortaya çıxarılması və həllində vahid yanaşma və təcrübə mübadiləsi baxımından vacibliyi qeyd olunmuşdur.\r\nNövbəti Dəyirmi masanın keçirilməsi bu ilin dekabr ayına təsadüf edəcək.

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory