Hər bir seçki demokratiyanın daha da inkişafı istiqamətində mütərəqqi addımdır

Hər bir seçki 9.10.2013Böyük Britaniya parlamentinin Lordlar Palatasının Azərbaycanda prezident seçkilərini müşahidə edəcək üzvü German Obe oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.\r\nOqtay Əsədov Lordlar Palatasının missiyasının Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir.\r\nMilli Məclisin Sədri Azərbaycanda seçkilərlə bağlı böyük təcrübənin qazanıldığını söyləmişdir. O.Əsədov prezident seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün hər bir şəraitin yaradıldığını vurğulamış, seçki məntəqələrinin hamısının zəruri texniki avadanlıqla təmin olunduğunu diqqətə çatdırmışdır.\r\nLord German Obe Böyük Britaniyanın Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafına önəm verdiyini demişdir.\r\nAzərbaycanın qısa müddətdə çox böyük inkişafa nail olduğunu deyən qonaq bildirmişdir ki, hər bir seçki demokratiyanın daha da inkişafı istiqamətində mütərəqqi addımdır.\r\n\r\nAzərTAc,\r\n Ağaəli MƏMMƏDOV (foto)

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 189
  • 28
  • 3,352
  • 65,092
ILK-10 Azeri Website Directory