Sergey LEBEDEV: Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə təşkil olunmuşdur

Serqey 8.10.2013\r\n\r\n \r\n\r\nMDB müşahidə missiyasının üzvləri sentyabrın 10-dan Azərbaycandadırlar. Uzunmüddətli müşahidə missiyasının 20 üzvü bu dövr ərzində paytaxt Bakıda və Azərbaycanın regionlarında olmuş, əlaqədar qurumların rəhbərləri və məsul şəxsləri ilə görüşmüş, seçkilərə hazırlığın vəziyyətini öyrənmişlər.\r\nMüstəqil Mətbuat Mərkəzindən AzərTAc-a bildirmişlər ki, bu məlumatı jurnalistlərə MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev vermişdir.\r\nS.Lebedev demişdir: “MDB müşahidə missiyasının 300-ə yaxın üzvü də Azərbaycanın regionlarında olacaq, həm seçkiqabağı vəziyyəti öyrənəcək, həm də səsvermənin gedişini izləyəcəkdir. Biz artıq deyə bilərik ki, seçkilərə hazırlıq çox yüksək səviyyədədir. Azərbaycan hökuməti bu seçkilərə ciddi hazırlaşmışdır. Prezidentliyə qeydə alınmış 10 namizədə seçkiqabağı təşviqat üçün bərabər şərait yaradılmışdır. Seçki məntəqələri səsverməyə tam hazırdır. Bir sözlə, seçkilərlə əlaqədar çox obyektiv mənzərə yaranmışdır. Biz bu şəraitdən çox şadıq və əminliklə deyə bilərik ki, bütün bu və digər amillər seçkilərin tam azad, demokratik, şəffaf və ədalətli keçirilməsinə zəmin yaratmışdır. Əminik ki, seçkilər yüksək səviyyədə başa çatacaqdır”.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory