Balakənin meyvə bağlarında bol məhsul yetişdirilmişdir

Balakən, 12 oktyabr (AzərTAc). Balakən rayonunun təsərrüfatlarında meyvə yığımı davam edir.\r\nRayon İcra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, indiyədək bağlardan 10 min tondan çox meyvə yığılmışdır. Fındıq yığımı əsasən başa çatmış, ənənəvi sahələrdən olan xurma yığımına isə yenicə başlanmışdır. Bu il xurma bağlarından 15-16 min ton məhsul gözlənilir. Yığılmış xurma satış üçün əsasən daxili bazarlara, müəyyən qismi isə Rusiyaya göndərilir.\r\nBalakəndə meyvəçiliyə maraq ildən-ilə artır. Hazırda rayonda 7686 hektar bar verən meyvə bağları vardır. Son illər 174 hektar sahədə intensiv meyvə bağları salınmışdır. 2012-ci ildə rayonda 29 min tona yaxın meyvə istehsal olunmuşdur.

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory