Seçkilərdə cənab İlham Əliyevin qələbəsi ölkə vətəndaşlarının Azərbaycan Prezidentinə böyük etimad bəsləməsinin, onun siyasi kursunu birmənalı şəkildə dəstəkləməsinin bariz ifadəsidir

Seçkilərdə Cənab İlham Əliyev 14.10.2013\r\n\r\n \r\n\r\nAzərbaycanda oktyabrın 9-da keçirilən prezident seçkiləri azad, şəffaf, ədalətli və demokratik şəraitdə başa çatdı. Seçkilərdə seçicilərin mütləq əksəriyyəti öz səsvermə hüququndan istifadə etdi. Seçicilərin yüksək fəallıq nümayiş etdirməklə ölkəmizin həyatında bu çox mühüm siyasi kampaniyaya böyük maraq və diqqət göstərdikləri bir daha öz ifadəsini tapdı.\r\nMərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı mətbuat konfransında dedikləri də bu fikri təsdiqləyir: “Sevindirici haldır ki, çoxsaylı müxtəlif beynəlxalq müşahidəçilərin, müxtəlif dövlətlərin, yəni ABŞ, Şərqi Avropa dövlətləri daxil olmaqla seçki qurumlarının rəhbərlərinin başçılıq etdiyi nümayəndə heyətlərinin hamısının yekdil rəyi belə olmuşdur ki, seçkilər yüksək səviyyədə keçmişdir. Seçki prosesində peşəkar ekspertlər olduğu üçün biz xüsusilə onların rəylərini ictimaiyyətə çatdırmalıyıq. Hətta beynəlxalq kütləvi informasiya vasitələri də müxtəlif səpkidə, müxtəlif bölgələrdə, müxtəlif məntəqələrdə təşkil olunmuş müsahibələr və reportajlar vasitəsilə öz fikirlərini ictimaiyyətə çatdırmışlar”.\r\nYeri gəlmişkən, xarici seçki qurumlarının seçkilərin yüksək səviyyədə keçirilməsi ilə bağlı fikirlərinə diqqət yetirək. Çexiya Diplomatik Akademiyasının direktoru, ölkənin sabiq xarici işlər naziri Kiril Svoboda jurnalistlərə açıqlamasında bildirmişdir ki, Azərbaycanda keçirilən prezident seçkilərində heç bir qanun pozuntusuna rast gəlməmişik. K. Svoboda həmçinin qeyd etmişdir ki, bir çox seçki məntəqələrində olmuşdur: “Biz səs verən vətəndaşlarla da görüşmüşük və heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki prosesinin normal ölkələrdə olduğu kimi, düzgün və şəffaf keçirilməsinin şahidi olduq. Eyni zamanda, seçicilərdə yüksək əhval-ruhiyyə də var idi”.\r\nATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan (DTİHB) iki müşahidəçi Barbara Miller və Dmitri Serov seçici fəallığının yüksək olduğunu vurğulamışdır. MDB PA-dan olan Ukrayna Ali Radasının deputatları Qrineveçki Sergey Rafeloviç və Svetlana Samoylovna da olduqları məntəqədə səsvermə prosesini izlədiklərini və indiyə kimi heç bir qanun pozuntusu müşahidə etmədiklərinin qeyd etmişlər.\r\nMərkəzi Avropa Siyasi Monitorinq Qrupuna daxil olan Amerika müşahidəçi qrupunun üzvü Solomon Porfilio Ortiz isə seçkilərin açıq, şəffaf və ədalətli mühitdə keçirildiyini diqqətə çatdırmışdır. O, müşahidə apardıqları məntəqələrin heç birində qanun pozuntusuna rast gəlmədiklərini demişdir. Xatırlatmışdır ki, hər şey Amerika Birləşmiş Ştatlarındakı kimidir. Hətta seçici aktivliyi ABŞ-dakından da yüksəkdir.\r\nAlmaniya müşahidə missiyasının üzvü, Almaniya parlamentinin üzvü Haqqı Kəskinin bildirdiyinə görə indiyə kimi müşahidə etdikləri seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmamışdır. Seçki məntəqələrində seçici aktivliyi müşahidə olunmuşdur. O, “exit-pollar”ın təşkilini isə xüsusi qiymətləndirmişdir. “Exit-pollar”ın keçirilməsi bir daha seçkilərin şəffaf keçirilməsi üçün atılan ən yaxşı addımdır…”.\r\nBəli, məhz azad, şəffaf, ədalətli və demokratik şəraitdə başa çatan prezident seçkilərində cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanmışdır. Xatırladaq ki, oktyabrın 10-da Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı etibarlı hesab edilmiş səslərin namizədlər üzrə bölgüsünün yekun nəticələrini açıqlamışdır. Seçki məntəqələrinin hamısından daxil olan nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizəd cənab İlham Əliyev indiyədək hesablanan bülletenlərə əsasən liderliyini qorumuşdur. Belə ki, İlham Əliyev 84,55 faizlə (3.126.612 səs) mütləq liderdir.\r\nDövlət başçımız İlham Əliyevin Prezident seçkilərində inamlı qələbə qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi təsadüfi deyil. Bu, ölkəmizin siyasi, sosial-iqtisadi inkişafı naminə göstərdiyi xidmətlərin məntiqi nəticəsidir. Bu, eyni zamanda ümumxalq rəğbətinin və Heydər Əliyev siyasi xəttinə bəslənən sonsuz inamın ifadəsidir.\r\nBu gün əminliklə demək olar ki, respublikamızda bərqərar olmuş demokratik idarəçilik sistemi xalqımızın maraqları və tələbatı üzərində qurulan dövlət siyasətinin uğurlarına şərait yaradır. Cənab İlham Əliyevin müdriklik və uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası bütün dünyanın diqqətini cəlb edən heyrətamiz bəhrələr verir.\r\nBəli, hazırda ölkəmizin tarixində görünməmiş yüksəliş ölkə həyatının gündəlik reallığına çevrilmişdir. Son on ildə Azərbaycan iqtisadi artım sürətinə görə dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Dövlət və cəmiyyət həyatının bütün sahələrində hökm sürən inkişaf dinamikası misilsiz vüsət almışdır.\r\nİqtisadiyyatın ardıcıl inkişafı nəticəsində Azərbaycanın bölgələrinin siması dəyişmiş, insanların həyat şəraiti yaxşılaşmışdır. Geniş miqyaslı dövlət proqramları reallaşdırılmış, narahatlıq doğuran sosial-iqtisadi problemlər aradan qaldırılmışdır. İstehsal və sosial infrastruktur obyektləri yaradılmış, yeni iş yerləri açılmışdır. Təhsilə, elmə, səhiyyəyə, mədəniyyətə, ədəbiyyata, incəsənətə, idmana dövlət qayğısı artmışdır.\r\nÖlkəmizin dünya iqtisadiyyatına inteqrasiyası sürətlənmişdir. Azərbaycanın Qafqaz bölgəsində lider mövqelərinin möhkəmlənməsi, Avropanın enerji təhlükəsizliyi sistemində mühüm yer tutması onun dünya birliyində nüfuzunu daha da artırmışdır.\r\nDövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən onların arasında təməl prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.\r\nVətəndaş cəmiyyəti yaradılması, hüquqi, demokratik dövlət quruculuğu yolunda böyük uğurlar əldə edilmişdir. Demokratikləşmə prosesinin genişləndirilməsi, qanunun aliliyinin qorunması, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər Azərbaycanı Avropa xalqları ailəsinin nümunəvi üzvlərindən birinə çevirmişdir.\r\nCənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində gördüyü dəyərli işlər sayəsində xalqımızın dərin etimadını, məhəbbət və hörmətini qazanmışdır. Ölkəmizin xoşbəxt gələcəyi bu gün dövlət başçımızın əzmlə həyata keçirdiyi quruculuq və inkişaf strategiyası ilə sıx bağlıdır. Xalqımız əmindir ki, cənab İlham Əliyevə xas olan siyasi məharət və səriştə dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi, insanların rifah halının daha da yaxşılaşdırılması sahəsində qarşıya qoyulan bütün vəzifələri indiyə qədər olduğu kimi bundan sonra da əzmlə yerinə yetirməyə imkan yaradacaqdır.\r\nAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev prezident seçkilərinin ilkin nəticələri ilə bağlı xalqa müraciətində demişdir: “… Mənə böyük etimad göstərmiş, yenidən prezident vəzifəsinə seçmiş doğma xalqıma minnətdaram. Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da doğma xalqıma ləyaqətlə xidmət edəcəyəm, daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyəm.\r\nAzərbaycan xalqı bu seçkilərdə azad, şəffaf şəkildə öz iradəsini ortaya qoydu. Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın təntənəsidir. Azərbaycanda bütün azadlıqlar mövcuddur. Azərbaycan demokratik dövlət kimi bundan sonra da uğurla inkişaf edəcəkdir.\r\nBu seçkilərin azad, şəffaf şəkildə keçirilməsi demokratiyaya doğru atılan növbəti ciddi addımdır. Azərbaycanda bütün azadlıqlar – söz azadlığı, mətbuat azadlığı, siyasi azadlıqlar, vicdan azadlığı təmin edilir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayırlar. Bu, bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Təsadüfi deyildir ki, Azərbaycan bu gün dünyada milli və dini dözümlülük məsələlərində çox önəmli ölkəyə çevrilmişdir. Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biridir. Eyni zamanda, ölkəmizdə bütün proseslər müsbət istiqamətdə getmişdir. Azərbaycan xalqı bu seçkilərdə son on il ərzində görülən işlərə öz yüksək qiymətini vermişdir. On il ərzində dövlətçiliyimizin əsasları möhkəmləndi. Bu gün Azərbaycan dövləti güclü, müstəqil siyasət aparan bir dövlətdir. Bizim güclü ideoloji əsaslarımız vardır. Azərbaycançılıq məfkurəsi bizim ideoloji dayağımızdır…”.\r\nAzərbaycan Prezidenti sözügedən müraciətində həmçinin son 10 ildə olkəmizin əldə etdiyi siyasi, sosial-iqtisadi uğurlara toxunmuş, beynəlxalq məsələlərin həllində mühüm nailiyyətlərə imza atıldığını diqqətə çatdırmış, iqtisadiyyatın 3,4 dəfə artmasını, yoxsulluğun səviyyəsinin isə təxminən on dəfə azalmasını xatırlatmışdır. Bildirmişdir ki, bu, ölkədə aparılan ciddi iqtisadi və sosial siyasətin nəticəsidir. Bu siyasətin nəticəsində Azərbaycan öz iqtisadi potensialını böyük dərəcədə möhkəmləndirə bilmişdir.\r\nDövlətimizin başçısı daha sonra demişdir:”Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır.\r\nNövbəti illərdə biz bütün bu istiqamətlər – iqtisadi islahatlar, sosial siyasət, enerji siyasəti, xarici siyasət üzrə ancaq və ancaq irəliyə gedəcəyik. Biz daha da güclü Azərbaycan, daha da güclü dövlət quracağıq ki, bu dövlətdə hər bir vətəndaş özünü rahat hiss etsin, sülh, əmin-amanlıq şəraitində yaşasın. Son on il ərzində sabitliyin və ictimai asayişin qorunması bax bu reallıqları şərtləndirdi. Azərbaycanda insanlar təhlükəsizlik şəraitində yaşayır və bu, bizi fərqləndirən cəhətlərdən biridir…”.\r\nPrezident seçkiləri bir daha göstərdi ki, Azərbaycan vətəndaşları bu gün Prezident İlham Əliyevə böyük etimad bəsləyir, onun siyasi kursunu birmənalı şəkildə dəstəkləyirlər. Ölkəmizin siyasi mühitində İlham Əliyevlə rəqabət apara biləcək hər hansı bir siyasətçi yoxdur və yaxın illərdə də bu, görünmür. Ölkə rəhbərinin nüfuzu artıq Azərbaycan hüdudlarını da aşmış, dövlət başçımıza bölgənin, regionun əsas lideri, beynəlxalq birliyin qəbul etdiyi görkəmli siyasi və dövlət xadimi kimi əlavə dividendlər gətirmişdir. Prezident İlham Əliyevə olan belə geniş beynəlxalq rəğbət həm də Azərbaycanın nüfuzunun yüksəlməsinə şərait yaradır.\r\n\r\nVaqif BAYRAMOV.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory