Prezident İlham Əliyevin zəngin idarəçilik təcrübəsi və müasir dünyagörüşü bizi daha böyük uğurlara aparacaq

Prezident İlham Əliyevin zəngin idarəçiliyi 21.10.2013\r\n\r\n \r\n\r\nXalqımızın, türk dünyasının və bütövlükdə Avrasiyanın böyük maraqla izlədiyi və diqqətlə gözlədiyi tarixi bir proses başa çatdı. Bu proses Azərbaycanda keçirilən növbəti prezident seçkiləri idi. Ölkə əhalisi və xaricdəki dostlarımız Azərbaycanda sabitliyin, əmin-amanlığın və ən başlıcası isə inkişafın davam etməsini arzulayır.\r\nBu isə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi nəticəsində mümkündür. Ölkədə hamı yaxşı başa düşürdü ki, Heydər Əliyev siyasətinin davam etdirilməsinin ən doğru yolu Azərbaycanda keçirilən 2013-cü il prezident seçkilərində cənab İlham Əliyevin qalib gəlməsidir. Ona görə də seçki ilinin geridə qalan aylarında Azərbaycan xalqı cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsini arzu etməklə kifayətlənmir, həm də hər bir insan arzu olunan bu qələbəyə öz fərdi töhfəsini verməyə çalşırdı. Mən bunu yaşadığım Binəqədi rayonunun sakinlərinin timsalında dönə-dönə gördüm və şahidi oldum ki, böyük quruculuq işləri həyata keçirilən Binəqədi rayonunun sakinləri 9 oktyabr seçkilərində necə fəallıq nümayiş etdirdilər.\r\nUlu öndərin siyasi kursunu böyük ustalıqla davam etdirən Prezident İlham Əliyev Heydər Əliyevin əbədilik qazandırdığı müstəqil dövlətimizə beynəlxalq aləmdə misilsiz bir nüfuz qazandırdı. İki-üç faktı yada salaq. Azərbaycan BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilatın üzvü seçilib, kosmosa öz rabitə peykini çıxarıb, beynəlxalq təşkilatların sorğuları nəticəsində ən iti sürətlə inkişaf edən ölkə adlandırılıb, hər il çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrilib və sair. Ən başlıcası isə respublikamız bu gün seçki qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərə həssaslıqla yanaşılan azsaylı dövlətlərdən biri kimi tanınır. Beynəlxalq ekspertlərin səmimiyyətlə qeyd etdikləri kimi, son on il ərzində Azərbaycanda azad, ədalətli, şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçki keçirilməsi hakimiyyətin qarşıya qoyduğu prioritet məsələlərdən olmuşdur. Beynəlxalq müşahidəçilərin ölkəmizdə keçirilən seçkilərin nəticəsi olaraq yaydıqları bəyanatlar da qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsindən xəbər verir. Mən ölkəmizin müstəqillik dövründə keçirilmiş bütün seçkilərdə fəal iştirak etmiş vətəndaş kimi yaxşı bilirəm ki, Prezident İlham Əliyevin seçki qanunvericiliyini daim təkmilləşdirmək təşəbbüsləri həm səmimi qarşılanır, həm də öz müsbət nəticələrini verir.\r\nYəni bu gün “9 oktyabr seçkiləri ədalətli, şəffaf, demokratik keçdi” ifadəsini söyləmək çox asandır və sadə görünür. Asan olmayan və sadə görünməyən isə bu seçkilərə hazırlığın təşkili, qanunvericiliyin təkmilləşdirilməsi, hamının seçki hüququnun təmin olunmasına zəmanət verilməsi, bütün siyasi partiyaların istənilən seçkidə sərbəst iştirakına şərait yaradılması idi. Azərbaycan dövləti bütün bunların öhdəsindən bacarıqla gəldi.\r\nBu zaman daha bir məqamın xüsusilə qeyd olunması zərurəti var. Belə ki, seçkiyə hazırlıq məsələsindən söhbət düşəndə bəziləri elə bilir ki, bu hazırlıq məntəqələrin həmin günə tam hazır vəziyyətə gətirilməsindən, seçici siyahılarının dəqiqləşdirilməsindən və səsvermə gününün təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Belə düşünənlər var. Amma seçkinin taleyini həyata keçirilən dövlət proqramları, sosial layihələr həll edir. Prezident İlham Əliyevin qurub-yaratmaq, ölkə ərazisinin hər addımını abadlaşdırmaq siyasəti Binəqədidə elə bir prinsipiallıq və məsuliyyətlə icra olundu ki, bu rayonda yaşayan seçicilərin artıq YAP-ın namizədini dəstələməkdən bir yolu qalmadı. Mən seçki prosesində başqa bir halın da şahidi oldum. Uzun illər müxalifətçi kimi tanınan sakinlərdən bir neçəsi açıq elan etdilər ki, onlar indiki prezidentə səs verəcəklər. Bunu isə rayonumuzda həyata keçirilən sosial-iqtisadi tədbirlərlə əlaqələndirirdilər.\r\nBinəqədi seçicilərinin səsvermə günü nümayiş etdirdiyi fəallığı görən mətbuat təmsilçiləri də, yerli və beynəlxalq müşahidəçilər də, sözün həqiqi mənasında, heyran qalmışdılar. Seçkinin hazırlanmasına və səsvermənin təşkilinə mənim də məsul olduğum 9 saylı Binəqədi ikinci seçki dairəsində səsvermə günü yaranan növbəni müşahidəçilər də gördülər, jurnalistlər də. Rayonun qocaman seçicilərindən biri, əslən Göyçədən olan el ağsaqqalı, Binəqədi camaatının hamısının hörmətlə yanaşdığı filoloq, təqaüdçü Tapdıq Qasımovla bizim dairənin səkkiz saylı məntəqəsində görüşdüm. Səs verib çıxırdı. Tapdıq müəllim camaatın səs vermək üçün növbəyə dayandığını görəndə kövrəldiyini gizlədə bilmədi. Ağsaqqal hiss edəndə ki, mən onun sevincdən yaranan göz yaşlarına baxıram, çox maraqlı bir ifadə işlətdi:\r\n- Oğul, biz çox seçkilərin, çox qələbələrin və çox məğlubiyyətlərin şahidi olmuşuq. Siyasətçi öz mübarizəsində udar da, uduzar da. Bu seçkidə isə udan təkcə cənab İlham Əliyev olmadı, Azərbaycan xalqı oldu. Mənim gözlərimi yaşardan xalqın qələbəsidir. Baxın, bu gün dünyada çox qorxulu küləklər əsir. Neçə ölkələr viranəyə çevrildi, 50-60 il geriyə düşdü, xalqlar səfalətlə üzləşdi. Azərbaycanı həmin fəlakətlərdən qoruya biləcək yeganə qüvvə Heydər Əliyev siyasəti, İlham Əliyev qətiyyəti və fədakarlığıdır. İndi gözümü yaşardan xalqın qələbə qazanmasıdır. Mənim dörd oğlum var. İkisi Qarabağ müharibəsinin veteranıdır. Onlar cəbhədə olanda nələr çəkmişəmsə, bir Allah bilir. Ona görə də mən ölkədə sülh və əmin-amanlıq yaratmış, regiona sabitlik gətirmiş siyasi kursa səs verdim. Ailəmizdəki seçicilərin hamısı mənim mövqeyimi dəstəklədilər və təkrar etdilər.\r\n…Məntəqələrə seçicilərin növbəti dəstələri gəldilər, sonra müşahidəçilər, sonra mətbuat təmsilçiləri və beləliklə, ölkəmizdə növbəti prezident seçkisi də böyük uğurla başa çatdı. Yeni Azərbaycan Partiyasının və bütövlükdə xalqımızın şəriksiz namizədi olan cənab İlham Əliyev Binəqədi rayonu üzrə 86,16 faizlə, bizim dairə üzrə isə 87,5 faizlə qalib gəldi. Seçkinin nəticələri məlum olduqdan sonra mətbuat konfransı keçirən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədovun qeyd etdiyi kimi, Azərbaycan xalqı gələcəyə səs verdi, İlham Əliyevi qalib etdi və bununla da xalqımız sürətli inkişaf yolunu seçdi.\r\n\r\nİsgəndər NAMAZOV,\r\n 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının üzvü

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 23
  • 1,277
  • 2,550
ILK-10 Azeri Website Directory