Mətbuat Şurasında “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı “dəyirmi masa” keçirilmişdir
Bakı, 31 oktyabr (AzərTAc). Oktyabrın 31-də Azərbaycan Mətbuat Şurasında (MŞ) “Beynəlxalq münasibətlər mövzusu media müstəvisində” adlı “dəyirmi masa” keçirilmişdir.\r\nTədbir MŞ-nin beynəlxalq münasibətlər komissiyasının təşəbbüsü ilə reallaşan “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində təşkil olunmuşdur.\r\n“Dəyirmi masa”da sözügedən layihə çərçivəsində nəzərdə tutulacaq işlər barədə məlumat verilmiş, eyni zamanda, kütləvi informasiya vasitələrinin Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətindəki fəaliyyətinə, ümumən ölkə jurnalistlərinin qlobal beynəlxalq proseslərə yanaşma tərzinə, mövcud baxımdan nəzərə çarpan peşəkarlıq xüsusiyyətlərinə diqqət yetirilmişdir.