Gəncədə layihələrin yazılması və idarə olunmasına dair təlim keçirilmişdir

Gəncə, 31 oktyabr (AzərTAc). Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatında “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim keçirilmişdir.\r\nAzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun IV qrant layihəsində gəncəli gənclərin fəal iştirakına dəstək olmaq məqsədilə keçirilən təlimdə layihələrin yazılması və idarə olunması qaydaları haqqında ətraflı məlumat verilmişdir.\r\n“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın təqdimatında reallaşan təlimdə gənclərin layihənin yazılması qaydaları ilə bağlı sualları da cavablandırılmışdır.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 13
  • 12
  • 654
  • 4,388
ILK-10 Azeri Website Directory