Gəncədə İkinci Beynəlxalq üzüm və şərab festivalı” elmi-praktik konfransla öz işinə başlamışdır

ganca-ii-beynalxalq-sarab-festivali.jpg 1.11.2013Gəncə, 1 noyabr (AzərTAc). Noyabrın 1-də Gəncədə İkinci Beynəlxalq üzüm və şərab festivalı “RAMADA plaza” otelində elmi-praktik konfransla öz işinə başlamışdır.\r\nAzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq bu mötəbər tədbirin iştirakçılarını salamlamış, tarixən üzümçülük və şərabçılığın vətəni sayılan Azərbaycanda son illər diqqətdən yayınmış bu sahənin inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu gəlirli sahənin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində kompleks tədbirlərin görülməsinə başlanılmışdır. Artıq bu tədbirlər öz bəhrəsini verməkdədir.\r\nPrezident İlham Əliyevin 2011-ci ildə imzaladığı 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı çərçivəsində görülən işlərdən danışan icra hakimiyyətinin başçısı bu sahədə qazanılan uğurları da konfrans iştirakçılarının diqqətinə çatdırmışdır. Bildirmişdir ki, sovetlər birliyi dövründə üzümçülüyə göstərilən laqeydlik artıq aradan qaldırılmış, Azərbaycanın regionlarında bu sahənin inkişafı üçün geniş imkanlar açılmışdır. Təkcə onu demək lazımdır ki, Gəncə “Şərab-2” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 365 hektar sahədə Fransadan alınmış 810 min ədəd müxtəlif üzüm tingləri gətirilərək yeni bağlar salınmışdır. Fransa ilə əməkdaşlıq əlaqələrini genişləndirən müəssisə bu yaxınlarda yeni istehsal sexində məhsulun qablaşdırılması üçün avadanlıqlar da gətirərək işə salmışdır.\r\nSonra iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək ikinci dəfə Gəncədə keçirilən beynəlxalq festivalın əhəmiyyətindən danışaraq demişdir ki, artıq Fransa ilə Azərbaycan arasında genişlənən əməkdaşlıq regionlarla da davamlı inkişafdan, qarşılıqlı maraqdan və faydalı əməkdaşlıqdan xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti, qətiyyətli və praqmatik fəaliyyəti ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun yüksəlməsini, tərəfdaşlarımızın artmasını şərtləndirmişdir.\r\nNiyazi Səfərov daha sonra ölkəmizin iqtisadi sahədə əldə etdiyi böyük uğurlardan, aqrar sahəyə, xüsusilə üzümçülük və şərabçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələrdən danışmışdır.\r\nSonra Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının prezidenti Andre Vilye, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının baş katibi Frederiko Catellici, Fransanın Şampan-Arden regionunun prezidenti, Avropa Şərab Regionları Assosiasiyasının (AREV) prezidenti və Sosialistlər Partiyasının üzvü Jan-Pol Basi, Şabli şəhərinin meri Patrik Jaedno, Azərbaycanın Fransadakı səfirinin müavini Elmar Məmmədov, Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri Hasil Fətəliyev, Fransanın Burqundiya regionundan olan şərabçı Valentin Montanet çıxış edərək dünya şərab istehsalı sahəsində mövcud vəziyyəti təhlil etmiş, onun daha da inkişaf etdirilməsi sahəsində maraqlı fikirlər irəli sürmüşlər.\r\nGəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfransa yekun vurmuşdur.\r\nKonfransdan sonra festival iştirakçıları Göygöl rayonuna səfər etmiş, burada fəaliyyət göstərən şərab zavodunda istehsal olunan şərabların dekustasiyasını keçirmişlər.\r\nNoyabrın 2-də İkinci Beynəlxalq üzüm və şərab festivalı çərçivəsində tədbirlər davam etdiriləcəkdir. Fransalı qonaqlarla yanaşı, Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun 200 nəfərədək iştirakçısı da Gəncəyə səfər edəcək, festivalın tədbirlərinə qatılacaqlar. Tədbirlər planına əsasən, qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edəcək, Bayraq Meydanı, “Xəmsə” kompleksi, Xan bağı ilə tanış olacaqlar.\r\nBeynəlxalq tədbirin iştirakçıları günortadan sonra Cavad xan küçəsində aktyorların ifasında səhnələşdirilmiş ədəbi-bədii kompozisiyalara baxacaq, “Kəpəz” mehmanxanasının qarşısında keçiriləcək İkinci Beynəlxalq üzüm və şərab festivalına qatılacaqlar.

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2021
S M T W T F S
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
Statistika
  • 0
  • 192
  • 28
  • 3,355
  • 65,095
ILK-10 Azeri Website Directory