Arı südü möcüzəsi

Arı südü möcüzəsi 3.11.2013Arı südü – cavan işçi arıların udlaq və üst çənə vəziləri tərəfindən hazırlanır. Arı südünün tərkibində orqanizmə lazım olan 20-yə yaxın amin turşuları, çoxlu vitaminlər, mikroelementlər və mineral maddələr, 110-a yaxın bioloji aktiv birləşmələr vardır.\r\nİnsan arı südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsi yaxşılaşır. Ümumi tonus qüvvətlənir, insan gümrahlaşır, cavanlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır.\r\nArı südü aterosklerozda, mədə və 12-barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki və zehni inkişafın zəifliyində, orqanizmin ümumi zəifliyində, süd əmizdirən qadınlarda süd azlığında müsbət təsir göstərir. Sidikqovucudur, piylənməni ləngidir, qanyaranmanı normallaşdırır, endokrin vəzilərin funksiyasını tənzim edir, qocalma prosesini ləngidir, yaddaşı və görməni yaxşılaşdırır, cinsi vəziləri fəallaşdırır və iştahanı artırır.\r\nArı südündən radioaktiv zonalarda işləyənlərdə hüceyrələrin bərpa olunmasında və şüalanmanın zərərli təsirlərinin qarşısının alınmasında effektiv dərman kimi istifadə oluna bilər.\r\n\r\nMənbə\r\n ANS PRESS

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 0
  • 0
  • 657
  • 2,290
ILK-10 Azeri Website Directory