Avropa Birliyinin qeyri-rəsmi sammiti başlayır

Sammitdə AB ölkələrində iqtisadi vəziyyət müzakirə olunacaq.
\r\nBu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyinin qeyri-rəsmi sammiti öz işinə başlayır. Sammit Avropada iqtisadi vəziyyətə həsr olunub. Ehtimal olunur ki, sammitdə əsas müzakirə mövzusu büdcə sazişinə dair razılıq əldə etmək, eləcə də regionda artmaqda olan işsizlik probleminin həlli yollarını axtarmaq olacaq.
\r\nQeyd edək ki, son vaxtlar Avropa Birliyinin əksər ölkələrində iş yerlərinin sayı rekord səviyyədə aşağı düşüb.

\r\n

Sammitdə liderlər Yunanıstanda iqtisadi vəziyyəti də müzakirə edəcəklər. Nəhayət ki, Yunanıstanın dövlət borcunun bir hissəsinin silinməsi üçün banklarla razılıq əldə olunacağı gözlənilir.

\r\n

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 35
  • 26
  • 445
  • 2,063
ILK-10 Azeri Website Directory