Gəncə şəhərinin ərazisi iki dəfə böyüdüləcək -Şəhərin baş planının müzakirəsi keçirilib

Gəncə şəhər İH-dan daxil olan məlumata görə, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin baş planının yekun müzakirəsi keçirilib. Şəhərin 2030-cu ilədək inkişaf strategiyası və infrastrukturunun inkişafı nəzərdə tutulmuş baş planın təqdimatında layihənin baş memarı Rasim Əmirov bildirib ki, konseptual inkişaf layihəsinə əsasən şəhərin ərazisi iki dəfə böyüdülərək 17 min hektara çatdırılması nəzərdə tutulub. Hazırda şəhərdə yaşayış ərazilərinə 1 hektara 97 nəfərin düşdüyünü bildirən layihənin baş memarı qeyd edib ki, həyətyanı sahələr nəzərə alınaraq baş planda bu rəqəm artırılaraq orta hesabla 100-120-yə çatdırılıb.\r\nMüzakirə zamanı yeni layihəyə uyğun olaraq şəhərdə bir sıra zonaların yaradılmasının da nəzərdə tutulduğu qeyd edilib. Bunlar sənaye, təhsil, səhiyyə, turizm, incəsənət və mədəniyyət, bir sıra istirahət zonaları olacaq. Gəncənin iri sənaye mərkəzinə çevrilməsi məqsədi ilə yaradılacaq sənaye mərkəzində əsasən ağır sənaye, innovasiya tutumlu sahələr, toxuculuq və quşçuluq müəssisələrinin yaradılması planlaşdırılıb. Eyni zamanda, baş planda şəhərin qədimliyini və tarixi abidələrini qorumaq üçün milli qoruq zonasının yaradılması da nəzərdə tutulub. Bundan başqa Gəncə çayının sağ və sol sahilləri boyunca 4,3 kilometr ərazidə park-bulvar yaradılacaq. Baş planda ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət guşələrinin artırılması da yer alıb. Şəhərdə mövcud 145 hektar yaşıllıq sahəsi 2 min 251 hektara çatdırılacaq. Tikiləcək yeni çoxmərtəbəli binaların yanında avtomobil dayanacaqları, xeyir-şər tədbirlərinin keçirilməsi məqsədilə yerlər, parklar, uşaq meydançaları yaradılacaq.\r\nTədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərin baş planında bütün məsələlərin öz həllini tapdığını qeyd edib və 2030-cu ilədək nəzərdə tutulan böyük abadlıq və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 23
  • 22
  • 614
  • 2,147
ILK-10 Azeri Website Directory