Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar əlavə yeni ştat vahidləri ayrılmışdır

Ədliyyə Nazirliyinin 18.11.2013Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2006-cı ildən başlayaraq davamlı olaraq açıq müsabiqələr keçirilir. Bu isə sayca onuncu müsabiqədir.\r\nBu sözləri Ədliyyə Nazirliyi Müsabiqə Komissiyasının sədr müavini Rauf Məhərrəmov demişdir. Müsabiqəyə qatılmaq üçün 350 namizəd müraciət etmişdir. Artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə müsabiqənin növbəti test imtahanının gedişində ən kiçik məsələlərə belə diqqət yetirilmişdir. Test imtahanına qatılmaq üçün xüsusi formada tərtib olunmuş ərizə ilə müraciət etmək kifayətdir.\r\nR.Məhərrəmov diqqətə çatdırmışdır ki, Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinin genişlənməsi ilə əlaqədar bu səlahiyyətlərin yerinə yetirilməsi üçün əlavə yeni ştat vahidləri ayrılmışdır. Bu günə olan məlumata görə təxminən 200-ə yaxın vakant ştat vahidi mövcuddur. Vakant ştat vahidləri əsasən nazirliyin yerli icra və qeydiyyat qurumlarında, eləcə də regional ədliyyə şöbələrindədir. Bu ştat vahidlərinin komplektləşdirilməsi üçün davamlı müsabiqələr keçirilir.\r\nQeyd edilmişdir ki, bu, artıq formalaşmış bir təcrübədir. İl ərzində hətta iki müsabiqə keçirilir ki, bu vakant ştat vahidləri komplektləşdirilsin. Ştatlar daim yenilənir və əlavə ştatlar verilir. Artıq kifayət qədər, – 2006-cı ildən hesablasaq, – təxminən 500-ə yaxın namizədi qəbul etmişik.\r\n\r\nAzərTAc

Şərhini bildir

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory