Gülər epizodu bağlandı! Bəs Elşad? (VİDEO)

Gülər epizodu bağlandı 9.12.2013Keçmiş millət vəkili Gülər Əhmədova maraqlı bəyanat verib. O məhkəməyə son sözündə deyib: “Qurana əl basaram ki, mən dələduz deyiləm”.\r\nSabiq millət vəkili Gülər Əhmədovanın həbsi, mühakiməsi və azadlıqdan məhrum edilməsi ilə Azərbaycan tarixi bir hadisə yaşadı. Gülər Əhmədova Azərbaycan tarixində deputatlıqdan məhrum edilərək həbs olunmuş ilk qadın siyasətçi oldu.\r\nBu hadisə bir sıra maraqlı və elə bir o qədər də müəmmalı nəticələr doğurdu. Əvvəla Gülər Əhmədova dələduzluqda ittiham edilsə də son sözündə dələduz olmadığına and içdi. İkincisi, olayın digər tərəfi Elşad Abdullayev nə qanun qarşısında cavab, nə də məhkəmədə zərərçəkən kimi ifadə verdi. Belə çıxır ki, məsələ hələ tam qapanmayıb və söhbət yalnız işin Gülər Əhmədova ilə bağlı epizodunun bağlanmasından gedə bilər.\r\nMaraqlı məqamlardan biri də gizli çəkilişin ciddi istintaq materialı hesab edilməsi yeniliyin tətbiq olunmasıdır. Məhz bu hadisənin təhqiqatından sonra gizli çəkilişlərin qanun qarşısında xüsusi çəkiyə malik olacağını güman etmək olar.\r\nGülər Əhmədova hadisəsi cəmiyyətimizi daha bir yeniliklə üzləşdirdi. Əvvəla millət vəkilinin qanunun tələbinə görə mandatından könüllü imtina etməsi və özünü sıravi bir vətəndaş kimi qanunun ixtiyarına hər hansı imtiyazsız filansız buraxması təzə hadisə idi. Doğrudur buna qədər deputatların mandatsız qalması kimi hallar baş vermişdi. Amma bunu adətən hüquq mühafizə orqanlarının təqdimatı əsasında parlament özü edirdi. İndiki halda isə Gülər Əhmədova özü buna getdi.\r\nÖlkənin ən nüfuzlu və böyük siyasi partiyasının üzvü olan siyasət adamının hərəkətlərinə görə təmsil olunduğu qurum da davranışı ilə bir sıra yeni texnoloji vərdişlərin əsasını qoydu. Partiya nə öz sabiq üzvünə qarşı “Yıxılana balta vurmaq” hündürlüyündən yanaşdı, nə də onun hərəkətlərini kortəbii şəkildə bəraətləndirdi. Cinayət varsa onu törədən qanun qarşısında cavab verməlidir məntiqi işlədi. Baş verənlərin Azərbaycan cəmiyyətində əks-səda doğurması təbii idi. Hakim partiyanın üzvü, cəmiyyətdə kifayət qədər nüfuz qazanmış, siyasi fəaliyyəti dövründə dövləti bir sıra beynəlxalq tədbirlərdə layiqincə təmsil etmiş bir nəfərin, özü də qadının dələduzluqda ittiham olunaraq həbs ediləsi, şübhəsiz ki, sıradan bir hadisə kimi qəbul olunmamalı idi. Belə hadisələr hər gün baş vermir.\r\nVə daha bir yekun. Heç kimin keçmiş xidməti onun gələcək hərəkətlərini sığortalamır. Mütləq hamı cavab verəcək. Ya qanun, ya da Allah qarşısında!\r\nGülər Əhmədova 3 il azadlıqdan məhrum edildi. Kiminə bu lap az, kiminə isə bu lap çox müddət kimi görünə bilər. Amma onun az yaşlı uşağı üçün 3 il doğrudan da çox böyük müddət olacaq. Elşad Abdullayev isə hələ ki, azadlıqdadır. O azadlıq ki, onun 3 ili Gülər Əhmədavanın ömrünə məxsusdur…\r\nhttp://youtu.be/P0SpdU2nCww\r\nMənbə\r\nANS TV

Şərhini bildir

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory