Ağcabədidə kurikulum əsasında hazırlanmış dərsliklərin müzakirəsi aparılmışdır

Ağcabədi, 16 dekabr (AzərTAc). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ağcabədi şəhərindəki 3 nömrəli məktəb-liseydə yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış VI siniflər üçün “Azərbaycan dili”, “Ədəbiyyat” və “Biologiya” dərsliklərinin müzakirəsini keçirmişdir.\r\nAzərTAc xəbər verir ki, müzakirədə Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Tərtər, Füzuli, Zərdab rayon təhsil şöbələrinin, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının əməkdaşları, tam orta məktəblərin müvafiq fənn müəllimləri iştirak etmişlər.\r\nTədbirdə TQDK-nın sektor müdiri Cavanşir Orucov ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodik monitorinqi haqqında məlumat vermişdir.\r\nİclasda “Azərbaycan dili”, “Ədəbiyyat” və “Biologiya” dərsliklərinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallarına dair rəy təqdimatları olmuş, dərsliklərin məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, verilən tapşırıqların elmi-metodik uyğunluğu baxımından müzakirəsi aparılmışdır.\r\nÇıxış edənlər dərsliklərin regionlarda müzakirəsini müsbət qiymətləndirmiş, dərsliklərlə bağlı fikirlərini bildirmiş və təkliflərini irəli sürmüşlər.

Şərhini bildir

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 4
  • 1
  • 337
  • 2,074
ILK-10 Azeri Website Directory