Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında
Azərbaycan Respublikasının Qanunu\r\nAzərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:\r\nMaddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği\r\n2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilsin.\r\nMaddə 2. Qanunun qüvvəyə minməsi\r\n\r\nBu qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.\r\n İlham ƏLİYEV,\r\n Azərbaycan Respublikasının Prezidenti