«Azərbaycan» ilin qəzeti elan edildi
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası 2013-cü ilin idman laureatlarının adlarını açıqlamışdır. “Azərbaycan” ilin qəzeti elan olunmuşdur.\r\nDigər laureatlar arasında “Olimpiya dünyası”, “Zerkalo”, “525-ci qəzet” və “Futbol +” var.\r\nİlin idman jurnalistləri Səxavət Quliyev (AzərTAc), Rahib Səmədov (“Olimpiya dünyası”), Elçin Cabbarov (“Respublika”), Elman Məmişov (“İctimai TV”), Saleh Salahov (“Sportsman”), Ceyhun Əliyev (“Het-trik”), Sənan Məhərrəmov (APA TV) və Tuncay Türbəndəzadə (milli.az) olmuşlar.\r\n”İdman Azərbaycan” telekanalı, “İctimai” radio, apasport.az və mediaforum.az internet saytları da qaliblər sırasındadır.\r\nKristina İovu (ağır atletika), Yuliya Ratkeviç (güləş), Fəridə Əzizova (taekvondo), Məhəmmədrəsul Məcidov (boks), Elxan Məmmədov (cüdo) və Valentin Demyanenko (kanoe) ilin idmançısı seçilmişlər.\r\nŞahmat üzrə kişilərdən ibarət milli komanda, qadın voleybolçulardan ibarət “Rabitə” klubu və Ağdamın “Qarabağ” futbol klubu ilin komandası nominasiyasının qalibi olmuşlar.\r\nFəxrəddin Abdullayev (APA) ilin fotoreportyoru, Valeh Əhmədov (“İdman Azərbaycan”) ilin telerejissoru, Zaur Ağamir (“İdman Azərbaycan”) ilin teleoperatoru elan edilmişlər.\r\nRasim Mövsümzadə (“Bir qolun tarixçəsi” kitabı) ilin kitabı nominasiyasında qalib gəlmişdir.\r\nGənclər və İdman Nazirliyi İdman İdarəsinin rəisi Mirkamil Rəhimov 2013-cü ilin idman xadimi adına layiq görülmüşdür.