İstehlak bazarında monitorinqlər davam etdirilir

İstehlak bazarinda 29.12.2013Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı\r\nBakının Binəqədi rayonunda\r\n- 4-cü mikrorayon, Mir Cəlal küçəsi, ev 37 ünvanında Tural Rüstəmova məxsus mağazada;\r\n\r\nSumqayıt şəhərində\r\n- 1-ci mikrorayonda Xəvasət Əliyevə və İlkin Dənziyevə məxsus mağazalarda;\r\n- 42-ci məhəllədə Nizaməddin Əlirzayevə məxsus mağazada;\r\n- Corat qəsəbəsində Vüqar Qalayevə məxsus mağazada;\r\n\r\nGəncə şəhərində\r\n- C.Rəfibəyli küçəsi, ev 11 ünvanında Alxan Babayevə məxsus mağazada;\r\n\r\nYevlax şəhərində\r\n- B.İbadov küçəsi, ev 23 ünvanında Məmməd Qurbanova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;\r\n\r\nBakının Səbail rayonunda\r\n- Salyan şosesi, 20-ci sahə dairəsində Həşim Əhmədova məxsus mağazada;\r\n- M.Lermontov küçəsi, ev 119 ünvanında Zərəfşan Həsənovaya məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;\r\n\r\nNəsimi rayonunda\r\n- H.Əliyev küçəsi, ev 15 ünvanında Məhərrəm Şahsuvarova məxsus mağazada;\r\n- S.Rüstəm küçəsi, ev 92 ünvanında Zivər Rzayevaya məxsus mağazada;\r\n\r\nXətai rayonunda\r\n- H.Salmani küçəsi, ev 17 ünvanında Aygün Məmmədovaya məxsus mağazada;\r\n\r\nBinəqədi rayonunda\r\n- Biləcəri qəsəbəsi, Xırdalan-Binəqədi şosesi, ev 16 ünvanında Asif Abbasova məxsus mağazada;\r\n\r\nGəncə şəhərində\r\n- C.Rəfibəyli küçəsi, ev 48 ünvanında Ulduz Bayramovaya məxsus mağazada;\r\n- Təbriz küçəsi, ev 143 ünvanında Natiq Nəbiyevə məxsus mağazada;\r\n- Ə.Əliyev və M.Hüseyn küçələrinin kəsişməsində Elvin Alşanlıya məxsus mağazada;\r\n\r\nYevlax şəhərində\r\n- H.Əliyev prospektində Salik Rəsulova və Şəfiqə Həsənovaya məxsus mağazalarda;\r\n- Kür küçəsi, ev 3 ünvanında Afət Məmmədovaya məxsus mağazada;\r\n\r\nXaçmaz şəhərində\r\n- N.Nərimanov küçəsində Xavər İsgəndərovaya məxsus mağazada;\r\n\r\nŞabran şəhərində\r\n- M.Rəsulzadə küçəsində Elmar Abdulrəhmanova məxsus mağazada;\r\n\r\nAğsu şəhərində\r\n- Nizami küçəsində Ramil Kərimova məxsus mağazada;\r\n- M.Rəsulzadə küçəsində Nasir Ələkbərova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmışdır.\r\nÜmumilikdə, monitorinqlər zamanı 140 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.\r\nQanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.\r\nİstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Şərhini bildir

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 21
  • 692
  • 2,333
ILK-10 Azeri Website Directory