Ağcabədi rayonunda “ Novruz “ bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilmişdir.

ağcabedi rayon icra hakimiyyeti 18.03.2014\r\n\r\n \r\n\r\nMartın 16- da Ağcabədi şəhərindəki Mərkəzi Stadionda “Novruz “ bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilmişdir. Yarmarka səhər saat 8 –dən 14 – dək davam etmişdir. Bu tədbirə rayon əhalisinin geniş şəkildə cəlb edilməsi üçün elanlar verilmiş, təbliğat işləri aparılmışdır. Bununla yanaşı, yarmarkada qiyməti 20-25 faiz endirimlə 6,5 tona yaxın ət məhsulları, müxtəlif növ kənd təsərrüfatı və ərzaq məhsulları əhaliyə satılmışdır.\r\nTədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov iştirak etmişdir.\r\nRayon sakinlərinin, ağsaqqalların nümayəndələri bu yarmarkanın təşkil edildiyinə görə rayon rəhbərliyinə əhali adından öz təşəkkürlərini bildirmişlər. Tədbir xoş ovqatla başa çatmış, burada iştirak edən 10 min nəfərdən artıq rayon əhalisinin razılığına səbəb olmuşdur.\r\n\r\nRəna Rzayeva.

Şərhini bildir

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 4
  • 1
  • 337
  • 2,074
ILK-10 Azeri Website Directory