Ermənistandakı Rusiya hərbi bazasında təlimlərə start verildi

Артиллерийские стрельбы береговых войск Балтийского флотаDöyüş hazırlığı üzrə təlim xarakterli yarışlarda 400-dən çox hərbçi və 100-ə yaxın zirehli texnikadan istifadə edilir\r\nErmənistanda yerləşən Rusiya hərbi bazasının “Alagöz” adlı yüksək dağ təlim tədris mərkəzində artilleriya batareyalarının komandirlərinin döyüş hazırlığı üzrə təlim xarakterli yarışlar keçirilir.\r\nANS PRESS-in məlumatına görə, yarışlarda artilleriya bölmələrinin 400-dən çox hərbçisi iştirak edir, təlimlərdə 100-ə yaxın zirehli texnika və xüsusi hərbi texnikalardan istifadə edilir. Təlimlərdə artilleriya silahlarının müxtəlif növlərindən istifadə edərək yüksək dağlıq ərazilərdə xüsusi tapşırıqların həyata keçirilməsi nəzərdə tutulub.\r\nBirinci mərhələdə batalyon komandirləri taktiki hazırlıq üzrə avtomatdan, tapançadan və tank əlehinə əl qumbarlarından istifadə etmə qaydaları və fiziki hazırlıq üzrə imtahan verəcəklər. İkinci mərhələdə isə iştirakçılar hədəfdən yayınmamaq şərtilə yüksək dağlıq ərazilərdə artilleriya atışları həyata keçirəcəklər.\r\n\r\nMənbə\r\n ANS PRESS

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 10
  • 9
  • 1,257
  • 2,530
ILK-10 Azeri Website Directory