İsmayıllıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş dama yarışı keçirilmişdir

İsmayıllı şəhərində rayon mədəniyyət və turizm şöbəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş dama yarışı keçirilmişdir.\r\nRayon mədəniyyət mərkəzinin, uşaq incəsənət məktəbinin, mərkəzləşdirilmiş kitabxana sisteminin işçilərinin iştirakı ilə keçirilən yarışlarda rayon mədəniyyət mərkəzinin elektriki Xanlar Məmmədov birinci, uşaq incəsənət məktəbinin müəllimi Seymur Şirəliyev ikinci, rayon mədəniyyət mərkəzinin metodisti Araz Şəmdinli üçüncü yerləri tutmuşlar.\r\nYarışın qaliblərinə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin diplom və mükafatları təqdim olunmuşdur.\r\n\r\nSeymur Şirəliyev,\r\n İsmayıllı.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 13
  • 12
  • 654
  • 4,388
ILK-10 Azeri Website Directory