Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə idman yarışlarına başlanılmışdır

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarının əməkdaşlarından ibarət komandalar arasında ilk dəfə olaraq idman yarışlarına (mini-futbol və şahmat turnirləri) başlanılmışdır.\r\nNazirlikdən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vurğulamışdır ki, bu gün Azərbaycan inkişaf dinamikası baxımından dünya dövlətləri arasında ön sıralardadır. Diqqətə çatdırmışdır ki, bu inkişafın əsasında ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu strategiyası dayanır. Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı dövrdən ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar əsasında məharətlə inkişaf və davam etdirir. Ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb.\r\nS.Müslümov bildirmişdir ki, son illər uğurla həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə yoxsulluq və işsizlik səviyyəsi kəskin şəkildə azalıb, vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib.\r\nDaha sonra S.Müslümov ulu öndər Heydər Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, bu gün Azərbaycanda idmanın surətli inkişafı istiqamətində Prezident İlham Əliyevin reallaşdırdığı tədbirlərdən bəhs etmişdir.\r\nNazir ƏƏSMN-də Ümummilli liderin doğum günü ərəfəsində müxtəlif tədbirlərin həyata keçiriləcəyini nəzərə çatdırmışdır. Bunlardan biri də mini-futbol turniri və şahmat turniridir. Belə idman turnirləri gənclərin sağlam həyat tərzinə daim sadiq qalmalarında mühüm əhəmiyyətə malikdir. S.Müslümov turnirlərin iştirakçılarına mübarizə əzmi və qələbə sevincləri arzulamışdır.\r\nMini-futbol turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində müəyyən olunacaq. Qalib komandalara kubok və medallar təqdim ediləcəkdir.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 39
  • 35
  • 680
  • 4,414
ILK-10 Azeri Website Directory