Elçin Mirzəbəyli “Sevgi məktubları”nı imzalayıb

Elçin mirzəbəyli 29.04.2014“Zero” kitab evində “Xalq cəhbəsi” qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəylinin yenicə işıq üzü görən “Sevgi məktubları” şeirlər kitabının imza günü keçirilib.\r\nMüəllif çıxışında bildirib ki, adıçəkilən kitabda ancaq onun sevgi şeirləri dərc olunub: “Sevgi məktubları” gənclərin xahişi əsasında hazırlanıb. Sumqayıtda gənclərlə keçirdiyim görüşdən sonra qərara gəldim ki, yalnız sevgi şeirlərindən ibarət “cib kitabı” hazırlasın. “Mənim “Sevgi məktubları”m sevgilərinə zamanın qalib gələ bilmədiyi insanlara ünvanlanıb. Bu kitabda hər kəs öz əbədi sevgisini və bu sevgisinə ünvanladığı, bəlkə də heç zaman ünvanına çatmayan “Sevgi məktubları”nı tapacaq. Bu kitab zamansız eşqlərin həzin pıçıltısıdır”.\r\nKitabda şairin əsasən son illərdə qələmə aldığı sevgi şeirləri yer alıb.\r\n”Sevgi məktubları” “cib kitabı” formatında, 1000 tirajla çap olunub. Kitabda ön söz əvəzi olaraq, Azərbaycan jurnalistikasının canlı əfsanələrindən biri, şair-publisist Telli Pənahqızının Elçin Mirzəbəylinin yaradıcılığı haqqında yazdığı “Bir eşq hücrəsində oxunan dualar” adlı məqaləsindən istifadə olunub.\r\n\r\nMüəllif oxucular üçün sonda kitabını imzalayıb.\r\nS.ABDULLAYEVA.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 13
  • 12
  • 654
  • 4,388
ILK-10 Azeri Website Directory