HEYDƏR ƏLİYEV-91

ULU ÖNDƏRƏ MƏHƏBBƏTİN TƏCƏSSÜMÜ\r\nUlu öndər, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar YAP Yevlax Rayon Təşkilatı və Telekommunikasiya Qovşağı «Heydər Əliyev-91″ devizi altında tədbir keçirdi.\r\nƏvvəlcə tədbir iştirakçıları ümummilli liderin şəhərin baş meydanında ucaldılmış abidəsini ziyarət etdilər, önünə gül-çiçək dəstələri qoydular.\r\nTelekommunikasiya Qovşağında ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildikdən sonra ümummilli liderlə bağlı sənədli film nümayiş etdirildi.\r\nTədbiri giriş sözü ilə Qovşağın marketinq və satış şöbəsinin qrup rəhbəri Taleh Qurbanov açdı. Bildirdi ki, ölkəyə rəhbərliyinin bütün dönəmlərində ümummilli lider Azərbaycan gənclərinə xüsusi diqqət və qayğı ilə yanaşmış, onların sağlam böyüməsi, təhsil alması, yüksək vəzifələrə irəli çəkilməsi, bir sözlə, hərtərəfli inkişafı qayğısına qalmışdır. Fəxrlə söyləmək olar ki, bu siyasət indi də onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.\r\nGeniş məruzə ilə çıxış edən marketinq şöbəsinin əməliyyatçısı Nurlana Talıbova ulu öndərin həyat və fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, xalqımız tarixinin ən keçməkeşli və xaos dolu mərhələlərində müdriklik nümayiş etdirərək bir xilaskar kimi ulu öndərə üz tutdu, ondan kömək dilədi. Ən doğru seçim edərək yenidən ölkəsinin taleyini dahi şəxsiyyətə etibar etdi. Və hakimiyyətinin ikinci dönəmində də Heydər Əliyev məhvə məhkum Azərbaycanı dirçəltdi, onun müstəqilliyini itirilmək təhlükəsindən xilas etdi. Başlıcası, ölkə həyatının bütün sahələrində dinamik inkişafın əsasını qoydu. Və bu inkişaf ölkənin rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorundan da yan keçmədi.\r\nİnternet satış provayderinin şöbə rəisi Ramin Əliyev, qovşağın əməkdaşları Şəlalə Zeynalova, Sevinc Yaqublu da çıxışlarında bu gün öz inkişafının səviyyəsi ilə dünyaya səs salan Azərbaycanın əldə etdiyi uğurları ulu öndərin məqsədyönlü siyasətinin təntənəsi kimi dəyərləndirdilər.\r\nYAP Yevlax Rayon Təşkilatının aparat rəhbəri Əli Quliyev və təşkilatın Qadınlar Şurasının sədri, «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızı ulu öndərlə bağlı tədbirlərin keçirilməsini, orada gənclərin böyük sevgi və məhəbbətlə iştiraklarını təqdir etdilər. Bildirdilər ki, Azərbaycan xalqı həqiqətən fəxr edir ki, bəşər tarixinin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən ulu öndər Heydər Əliyev kimi bir şəxsiyyət məhz bu xalqa məxsusdur. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Və bu inkişaf strategiyasının bəhrələri burada söyləndiyi kimi, Azərbaycan gənclərinin həyatında özünü daha aydın göstərir. Bu da səbəbsiz deyildir, ulu öndər hər zaman gəncliyimizi sevmiş, ona arxalanmış, xalqın işıqlı və xoşbəxt həyatının qarantı hesab etmişdir.\r\n»Heydər Əliyev 91″ devizi altında Telekommunikasiya Qovşağında keçirilən tədbirin sonunda qovşağın bir qrup fəal gəncinə YAP Yevlax Rayon Təşkilatının fəxri fərmanları təqdim olundu.\r\n\r\nAfaq BAYRAMOVA,\r\nYevlax.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory