2004-HEYDƏR ƏLİYEV FONDU-2014

2004 heydər Əliyev fondu 30.04.2014ÜMİD QAPISI, MƏRHƏMƏT ÜNVANI\r\n«İstər təhsil, istər səhiyyə sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun işini mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən «xoşniyyət» deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük».\r\nİlham ƏLİYEV,\r\n Azərbaycan Respublikasının Prezidenti\r\nXalqımızın taleyində misilsiz rol oynamış ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 10 mart tarixli «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında» fərmanı ilə hələ ötən əsrin 70-80-cı illərində tikintisinə əzmlə nail olunmuş, bir sıra möhtəşəm tikililərə ulu öndər Heydər Əliyevin adı verilmiş, ictimai əsaslarla Heydər Əliyev Fondu yaradılmışdır.\r\nOn il əvvəl ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondu Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına, yüksəlişinə hesablanan xoşməramlı missiya həyata keçirmişdir. Fond ötən müddətdə ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği və qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya məsələlərinə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, xüsusi qayğıya ehtiyac duyan insanlara yaxından kömək göstərmək kimi məqsədləri uğurla həyata keçirmişdir.\r\nAzərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi bu baxımdan cəmiyyətdə böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda-132, sonrakı mərhələdə isə 100-dən artıq yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və müasir avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.\r\nMehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun «Dünyada savadlılığın dəstəklənməsi» üzrə regional konfransın keçirilməsi ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə əsas verir.\r\nHeydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri məhz «Diabetli uşaqlara ən yüksək qayğı» layihəsi olmuşdur. Layihə Fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın «Novo Nordisk» şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.\r\n«Talassemiyasız həyat naminə» layihəsi isə bu xəstəliyin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır.\r\nAzərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami tapmışdır. Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun «Dünya irs siyahısı»na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir istiqamətidir. Bu sahəyə qayğını fəaliyyətində daim əsas tutan Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.\r\nMehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda müğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də «Qarabağ xanəndələri» albomunun hazırlanmasıdır. YUNESKO-nun xətti ilə hazırlanmış alboma «Qarabağ xanəndələri» adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirilmişdir.\r\nBu gün dünyada mövcud olan fondlar, əsasən, konkret istiqamətdə fəaliyyət göstərirlər və sahələr üzrə ixtisaslaşırlar. Heydər Əliyev Fondunun dünya miqyasında anoloqu olmayan əlahiddə qurum kimi tanınması isə onun qarşıya qoyduğu fövqəladə missiya ilə şərtlənir.\r\nVaxtilə qədim yunan filosofu Ezop yazırdı ki, əsl insan üçün ən dəyərli xəzinə çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da dəyərli vaxtını və enerjisini insanların rifahının yaxşılaşmasına sərf edir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir. «Ömrüm boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq bir adam kimi mənə kifayət qədər çətin olur».\r\nMənəvi meyar və ideallar heç bir dövrdə aktuallığını itirmədiyi kimi, bu gün də ön plandadır-humanizm və insanpərvərliyə əsaslanan yüksək insani dəyərlər təsir gücünü qoruyur. Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində də insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal daim qırmızı xətlə keçir. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, bu missiyanın kökündə təmənnasızlıq prinsipi dayanmışdır. İnsan amilinin yüksəlişinə xidmət edən qlobal layihələr, şübhəsiz, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.\r\n\r\nXatirə MƏHƏRRƏMLİ,\r\nHeydər Əliyev Mərkəzinin direktoru,\r\nYevlax.

Şərhini bildir

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 27
  • 17
  • 1,249
  • 2,543
ILK-10 Azeri Website Directory