Daşkəsən: 28 May- Respublika günü münasibətilə kecirilən tədbirlər davam etdirilir

Daşkəsən 1 16.05.2014Daşkəsən rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 96-cı ildönümü silsilə tədbirlərlə geniş qeyd olunmaqdadır. Bu, səbəbsiz deyildir. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində dəyirmi masalar, yığıncaqlar, iməciliklər və digər mədəni-kütləvi tədbirlər keçirilir.\r\nDünən 28 May- Respublika günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevin bilavastə rəhbərliyi və iştirakı ilə rayondaxili iməciliklər davam etdirilmişdir. Bütün idarə, müəssisə və təşkilatlar küçələrdə, yollarda səliqə-sahman yaradılmasında, təmizlik işlərində, müvafiq ərazilərə ağac tinglərinin və gül kollarının əkilməsində, ərazilərin yaşıllaşdırılmasında fəallıq göstərmişlər. Zağalı-Kollu-Çıraqlı avtomobil yolunda əsaslı tikinti adi iş günlərindəkinə nisbətən daha sürətlə aparılmışdır.\r\nDaşkəsən 2 16.05.2014Aparılan abadlıq, quruculuq və yenidənqurma işlərinin müasirliyinə, keyfiyyətinə diqqət göstərən cənab Əhəd Abıyev rayonun sərt iqlim şəraitinə baxmayaraq yorulmaq bilmədən çalışmaqdadır. İşə münasibəti, daşkəsənlilərə olan böyük diqqət və qayğısı onu bütün rayon sakinlərinin sevimlisinə çevirmişdir. Uşaqdan tutmuş böyüyədək əlamətdar günlərdə ürəklərinin istəyi ilə ümumxalq iməciliklərində, bütün kütləvi tədbirlərdə böyük fəallıq, işgüzarlıq nümayiş etdirirlər. Bu, Əhəd Abıyevin əbədi prezidentimiz Heydər Əliyevin yüz illərə hesablanmış müdrik siyasətinə və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünyada şöhrət tapan daxili və xarici siyasətinə əməli işi ilə yaratdığı böyük ideoloji təminatın nəticəsidir.\r\nDaşkəsən şəhərinin siması sürətlə dəyişir. İməcilik keçirilən yerlərə, əkilən ağaclara, yaradılmış yaşıllıqlara, səliqə-səhmana, tikilən yeni binalara, çəkilən yollara baxdıqca daxilən sevinc hissi keçirirsən.\r\n\r\nSahib Əhmədov,\r\n Daşkəsən.

Şərhini bildir

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 40
  • 36
  • 681
  • 4,415
ILK-10 Azeri Website Directory