Tiflis Açıq Universitetində “Qarabağ guşəsi” açılıb

Tiflis Açıq Universitetində 11.11.2014Noyabrın 10-da Tiflis Açıq Universitetində “Qarabağ guşəsi” açılıb.\r\nAPA-nın Gürcüstan bürosunun məlumatına görə, guşə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) həyata keçirdiyi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsi çərçivəsində yaradılıb.\r\nTədbirdə universitet müəllimləri, gürcü və azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri və jurnalistlər iştirak edib. “Qarabağ guşəsi”ndə münaqişəyə aid nəşr olunan kitablar, eyni zamanda Dağlıq Qarabağ haqqında tarixi həqiqətləri özündə əks etdirən müxtəlif müəlliflərin əsərləri sərgilənib. Tədbirdə çıxış edən layihə koordinatoru Aybəy İsayev bildirib ki, “Qarabağ guşəsi”nin açılmasında məqsəd bu guşə vasitəsilə Qarabağ problemini, onun tarixini, Azərbaycan və azərbaycançılıq ideyalarını Gürcüstanda fəaliyyət göstərən universitetlərdə təbliğ etmək, Azərbaycan-Gürcüstan dostluğunu daha da dərinləşdirməkdir.\r\nSonra universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Zaur Amilaxvari, Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, universitetin müəllimi, professor Əziz Məmmədov, ARDNŞ-in meneceri Aygül İsayeva və başqaları çıxış edərək Dağlıq Qarabağ, eləcə də Abxaziya və Cənubi Osetiya problemlərinin həll olunmamasının Cənubi Qafqazda əmin-amanlığa, sabitliyə və inkişafa əngəllər törətdiyini bildiriblər.Sonra sərgidə nümayiş olunan kitablar, elektron resurslar tələbələrin təhsil zamanı münaqişələrlə bağlı maarifləndirmə prosesində tanış olmaq və Qarabağ məsələsi ilə daha yaxından elmi bilik almaq üçün universitet kitabxanasına təhvil verilib. Tədbir təşkilatçıları vurğulayıblar ki, gələcəkdə “Qarabağ guşəsi” yeni nəşrlərlə zənginləşdiriləcək.\r\nXatırladaq ki, indiyədək Gürcüstanda fəaliyyət göstərən iki universitetdə “Qarabağ guşəsi” açılıb.\r\nTiflis Açıq Universitetində 400-dən çox azərbaycanlı tələbə təhsil alır. Ümumiyyətlə, bu təhsil ocağında 2000-dən çox gürcü və azərbaycanlı tələbələrə 170 nəfər müəllim və professor heyəti dərs deyir.\r\nGürcüstan. Nizami Məmmədzadə – APA. Noyabrın 10-da Tiflis Açıq Universitetində “Qarabağ guşəsi” açılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, guşə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) həyata keçirdiyi və Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Türkiyə və Gürcüstan universitetlərində Qarabağ guşəsi yaradılması” layihəsi çərçivəsində yaradılıb.\r\nTədbirdə universitet müəllimləri, gürcü və azərbaycanlı tələbələr, ictimaiyyət nümayəndələri, QHT rəhbərləri və jurnalistlər iştirak edib. “Qarabağ guşəsi”ndə münaqişəyə aid nəşr olunan kitablar, eyni zamanda Dağlıq Qarabağ haqqında tarixi həqiqətləri özündə əks etdirən müxtəlif müəlliflərin əsərləri sərgilənib. Tədbirdə çıxış edən layihə koordinatoru Aybəy İsayev bildirib ki, “Qarabağ guşəsi”nin açılmasında məqsəd bu guşə vasitəsilə Qarabağ problemini, onun tarixini, Azərbaycan və azərbaycançılıq ideyalarını Gürcüstanda fəaliyyət göstərən universitetlərdə təbliğ etmək, Azərbaycan-Gürcüstan dostluğunu daha da dərinləşdirməkdir.\r\nSonra universitetin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Zaur Amilaxvari, Azərbaycanın Gürcüstandakı səfirliyinin humanitar və mədəniyyət məsələləri üzrə müşaviri Samirə Ağayeva, universitetin müəllimi, professor Əziz Məmmədov, ARDNŞ-in meneceri Aygül İsayeva və başqaları çıxış edərək Dağlıq Qarabağ, eləcə də Abxaziya və Cənubi Osetiya problemlərinin həll olunmamasının Cənubi Qafqazda əmin-amanlığa, sabitliyə və inkişafa əngəllər törətdiyini bildiriblər.\r\nSonra sərgidə nümayiş olunan kitablar, elektron resurslar tələbələrin təhsil zamanı münaqişələrlə bağlı maarifləndirmə prosesində tanış olmaq və Qarabağ məsələsi ilə daha yaxından elmi bilik almaq üçün universitet kitabxanasına təhvil verilib. Tədbir təşkilatçıları vurğulayıblar ki, gələcəkdə “Qarabağ guşəsi” yeni nəşrlərlə zənginləşdiriləcək.\r\nXatırladaq ki, indiyədək Gürcüstanda fəaliyyət göstərən iki universitetdə “Qarabağ guşəsi” açılıb.\r\nTiflis Açıq Universitetində 400-dən çox azərbaycanlı tələbə təhsil alır. Ümumiyyətlə, bu təhsil ocağında 2000-dən çox gürcü və azərbaycanlı tələbələrə 170 nəfər müəllim və professor heyəti dərs deyir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 30
  • 19
  • 1,252
  • 2,546
ILK-10 Azeri Website Directory