Rusiya İslam ordusu yaradır

Rusiya İslam ordusu yaradır 11.11.2014\r\n\r\n \r\n\r\nYeni yaranan ordu şimal qonşumuzu İŞİD-dən qoruyacaq. Rusiya Dövlət Dumasının deputatları maraqlı təkliflə çıxış ediblər.\r\nANS PRESS-in məlumatına görə, deputatlar RF Silahlı qüvvələrinin strukturunda “müsəlman legion”un formalaşmasını təklif ediblər. Bu təklifin Fransanın Müdafiə Nazirliyinin formalaşdırdığı bənzər sistemə uyğun formada həyata keçirilməsi nəzərdə tutulub. Deputatlar RF Müdafiə Naziriliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bənzər təkliflə müraciət edib.\r\nParlamentarilərin fikrincə, xarici vətəndaşlardan ibarət bir qoşun birləşməsi yaratmaq Orta Asiyada sabitliyin təminatçısı olacaq. Bu isə Rusiyanı radikal islamçı qruplaşmalardan qorumağa imkan verəcək.\r\nƏsasını Özbəkistan və Tacikistan vətəndaşlarının təşkil etdiyi legionda qulluq edəcək əcnəbilərlə müqavilə bağlayacaqlar. Bu müqavilə müqabilində xarici vətəndaşlara müəyyən məbləğdə pul ödəniləcək. Onlar 6 il hərbi xidmətdən sonra isə Rusiya vətəndaşlığı ala biləcəklər.\r\nSon rəqəmlərə görə, RF ordusunda 295 xarici vətəndaş xidmət edib. Bunlar arasında Tacikistandan və Özbəkistandan – müvafiq olaraq 89 və 66, Azərbaycandan 22 və bir o qədər Ermənistandan, 8 nəfər Belorusiyadan və 9 nəfər – Ukraynadan olan vətəndaşlar da var.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 28
  • 22
  • 2,225
  • 4,324
ILK-10 Azeri Website Directory