Bu yollar bağlı olacaq!

Bu yollar bağlı olacaq 11.11.2014İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq. Adalet.az-ın xəbərinə görə,Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumatda bildirilir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Azərbaycana başlayan rəsmi səfəri ilə əlaqədar sabah saat 16.00-dan paytaxtın Yusif Səfərovi, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər,Azadlıq prospektləri,”Azneft” dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.\r\nİdarənin sürücülərə müraciətində bildirib ki, göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etsinlər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 259
  • 8
  • 626
  • 2,243
ILK-10 Azeri Website Directory