Azərbaycan əsgərinin hünərinə arxalanırıq

Azərbaycan əsgərinin hünərinə arxalanırıq 16.11.2014Doğulub boya-başa çatdığım, hazırda yaşadığım Sarıcalı kəndi Ermənistan silahlı qüvvələri ilə təmas xəttinə çox yaxın bir ərazidə yerləşir. Uzun zamandan bəri cəbhədə atəşkəs elan olunsa da, biz demək olar ki, hər gün güllə səsi eşidir, azğın düşmənlərimizin atəşkəs rejimini sistemli şəkildə pozduqlarının şahidi oluruq. Bu günlərdə bizim ərazimizdə uçuşlar edən erməni döyüş helikopterinin vurulması xəbəri hər yerdə olduğu kimi, kəndimizdə də böyük əks-səda doğurub. Bu, özgə torpağında at oynatmaq istəyənlərə verilən layiqli cavabdır.\r\nQürur doğuran daha bir fakt: Müdafiə Nazirliyimiz rəsmən bəyan edib ki, ən müasir vasitələrə malik Azərbaycan Hərbi Hava Qüvvələri işğal olunmuş Dağlıq Qarabağ üzərində həyata keçirilən bütün razılaşdırılmamış aviauçuşlar ölkəmizin hava sərhədlərinin pozulması kimi qiymətləndiriləcək və həmin hava hədəfləri dərhal məhv ediləcək.\r\nBu reallığı ermənilərin dərk etməməsi onların özünü sonda pis vəziyyətə qoyacaq. Son hadisədə Azərbaycan əsgərinin hünəri qəlbimizi qürur hissi ilə doldurur. Biz Ali Baş Komandanın müdrik siyasətinə güvənir, Azərbaycan əsgərinin hünərinə arxalanırıq. Qarabağ müharibəsinin veteranı kimi özüm də döyüşlərə atılmağa hər an hazıram. Müharibə başlayarsa, döyüşə qoşulacaq könüllülərin sırası on minlərlə igid Azərbaycan oğulları hesabına daha da yenilməz olacaqdır.\r\n\r\nƏləkbər NƏSİROV,\r\n Ağdam rayonu Sarıcalı kənd sakini, Qarabağ müharibəsi veteranı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 15
  • 8
  • 695
  • 2,715
ILK-10 Azeri Website Directory