İran Prezidenti Azərbaycana səfərinin nəticələrini yüksək qiymətləndirib

İran Prezidenti Azərbaycan görüşlərindən 16.11.2014İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycana ilk rəsmi səfərinin nəticələri haqqında açıqlama verərək əldə edilən razılaşmaların hər iki dövlət üçün faydalı olacağını bildirib.\r\nH.Ruhani qeyd edib ki, son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevlə dörd dəfə görüşüb. Bu görüşlər İran ilə Azərbaycanın qarşılıqlı faydalı əlaqələrinin inkişafına xidmət edib.\r\nBakıda yüksək qonaqpərvərliklə qarşılandığını deyən prezident müxtəlif sahələr üzrə aparılan danışıqların və imzalanan sənədlərin tərəflər üçün səmərəli olduğunu vurğulayıb. Danışıqların konstruktiv və dostluq şəraitində aparıldığını qeyd edən H. Ruhani İran ilə Azərbaycanın enerji, nəqliyyat, ticarət, gömrük, ekologiya sahələrində və regional təhlükəsizlik məsələlərində razılığın əldə edildiyini bildirib.\r\nPrezident iş adamlarının fəaliyyəti və qarşılıqlı investisiyalar üçün şərait yaradıldığını da diqqətə çatdırıb.\r\n\r\nRabil Kətanov\r\n AzərTAc-ın xüsusi müxbiri\r\n Tehran

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory