Samuxda cinayətkar dəstə tutulub

3Samux polisi silsilə oğurluq törətməkdə şübhəli bilinən dəstəni zərərsizləşdirilib.\r\nAdalet.az-ın xəbərinə görə dəstə üzvləri son 6 ay ərzində yaşadıqları Sərkar kəndində 4, Gəncə şəhəri Cavadxan qəsəbəsindəki 1 mənzildən xeyli miqdarda qiymətli əşya oğurlayıb.\r\nSamux rayon polis şöbəsinin müstəntiqi Əşrəf Yusifzadə deyib ki, bu ilin iyun ayından başlayaraq Sərkar kəndində ardıcıl oğurluqlar törədən kənd sakinləri 32 yaşlı Emin və 22 yaşlı Tural Məmmədovlar, eləcə də 36 yaşlı Xəyal Əsgərov və 17 yaşlı Tofiq Məmmədov saxlanılıb. Onlar son 6 ay ərzində müxtəlif şəxslərə məxsus mənzillərdən 4700 manat nəğd pul və 4500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb. Bundan başqa dəstə üzvləri bəzi məhəllələrdə saxlanan ev quşları və qiymətli əşyalardan da yan keçməyib. Əldə olunan qənimət isə ətraf şəhər və rayonlarda müxtəlif şəxslərə satılıb.\r\nSaxlanılan şəxslər bildiriblər ki silsilə oğurluqların təklifi Emin Məmmədovdan gəlib. Onların sözlərinə görə qiymətli əşyalaraın pulunu aralarında bölüblər.\r\nQeyd edək ki, saxlanılan Emin Məmmədov əvvəllər 2 dəfə müxtəlif maddələrlə məhkumluq həyatı yaşayıb.\r\nHazırda faktla bağlı araşdırma aparılır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 9
  • 7
  • 397
  • 1,389
ILK-10 Azeri Website Directory