Uğurların sayı artır

Ölkəmizdə idmana göstərilən qayğı rayonumuzun idman həyatını da canlandırır. Keçmişdə adlı-sanlı idmançılar əsasən paytaxt Bakını və digər iri şəhərləri təmsil edirdilərsə, indi bölgələrdə yetişən idmançılar da beynəlxalq yarışlarda yüksək nəticələrə imza atırlar.\r\nİdmanın kütləviliyinin artması gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə də müsbət təsir edir. İdmanla məşğul olan yeniyetmə həqiqi hərbi xidmətə çağırışa qədər həm fiziki, həm də mənəvi-psixoloji hazırlıq baxımından üstün keyfiyyətlər qazanır.\r\nRayonumuzda bədən tərbiyəsi və idmanla məşğul olan gənclərin sayı 4500 nəfərə yaxındır. İdmançılarımız 2014-cü ilin əvvəlindən respublika miqyaslı turnirlərdə müvəffəqiyyətlə çıxış edərək ümumilikdə 17 medal qazanıblar.\r\n2013-cü ildə ağır atletika üzrə yeniyetmələr arasında Avropa ikincisi olan Dadaş Dadaşbəyli bu ilin fevral ayında Gənclər və İdman Nazirliyi və Respublika Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə 105 kiloqram çəki dərəcəsində Azərbaycan çempionu adını qazanıb. Dadaş Dadaşbəyli bu il həm də 8-ci “Zirvə” kubokunun, “Zirvə” Beynəlxalq İdman Klubunun ağır atletika üzrə dünya çempionatının qalibi olub. Gələcəkdə onun daha böyük uğurlar qazanacağına məşqçiləri əmindirlər. Belə idmançıların uğurları, dövlətimizin onlara göstərdiyi qayğı idmanın kütləviliyinə, gənclərin zərərli vərdişlərdən uzaq olmalarına müsbət təsir edir.\r\n\r\nElnur AĞƏLİYEV.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory