Milli iftixar rəmzi

19Azərbaycan regionda qüdrətli bir dövlətə çevrilməyə layiq dövlətdir. Prezident Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.\r\n\r\nHenri KİSSİNCER,\r\n Nikson hökumətində ABŞ Xarici Siyasət İdarəsinin rəhbəri\r\n\r\nÜmummilli liderlər, bir qayda olaraq, millətin dar günündə, taleyüklü dönüş mərhələsində meydana çıxır və bənzərsiz xidmətləri ilə insanların qəlbində özlərinə əbədi taxt qururlar. Bu səbəbdən əsrlər ötsə də belə şəxsiyyətlər unudulmur, yaddan çıxmır. Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdəndir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev öz parlaq şəxsiyyəti, yüksək siyasi bacarığı, müdrikliyi, idarəçilik qabiliyyəti sayəsində hər bir azərbaycanlının qəlbində milli iftixar rəmzi olaraq əbədi həkk olunmuşdur.\r\nBu gün Azərbaycan xalqı müstəqilliyini yenidən onlara qaytardığına, Azərbaycan adını dünyada tanıtdığına görə, dövlətimizin bugünkü hərtərəfli inkişafının təməlini qoyduğuna görə ulu öndərə minnətdardır.\r\nSSRİ dövründə iqtisadiyyatı, elmi – mədəni potensialı, təbii sərvətləri imperiya tərəfindən istismar edilən Azərbaycanda vəziyyət çox acınacaqlı idi. Belə bir gərgin şəraitdə – 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə respublikamızda milli əxlaq, milli şüur istiqamətində yeniləşmə, yeni düşüncə tərzinə malik olan insanların yetişməsi prosesi özünü göstərirdi. Azərbaycan tarixində dönüş ili hesab olunan 1969-cu ildə respublikanın sosial-iqtisadi və mədəni inkişafı özünün yenidən dirçəliş dövrünə qədəm qoydu.\r\n“Təhsil millətin gələcəyidir”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəlişinin ilk günündən onun inkişafına qayğını ön plana çəkərək, təhsilin yüksəlişinə nail olmaq üçün bütün potensialdan istifadəyə geniş şərait yaratmışdır. Nəticədə ötən əsrin 70-80-ci illəri Azərbaycan təhsilinin coşqun yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olmuşdur. Keçmiş SSRİ – nin ali rəhbərliyində çalışdığı 1982-1987-ci illərdə ulu öndər digər sahələrlə yanaşı, super dövlətin təhsil sisteminə, eləcə də, SSRİ-də keçirilən ümumtəhsil və peşə məktəbi üzrə islahat prosesinə rəhbərlik etmişdir. 70-80-ci illərdə Heydər Əliyevin qayğısı nəticəsində 350 mindən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1875-ə çatmış, 1979-cu ildə orta məktəblərin şəbəkəsi 1965-ci illə müqayisədə 3 dəfədən çox artmışdır.\r\nMüdrik dövlət başçısının təhsilin inkişafına göstərdiyi misilsiz xidmətlərdən biri də 1970-1980-ci illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt Azərbaycandan kənarda təhsil almağa göndərilmiş, indi xalqımızın fəxrlə “Heydər Əliyevin kadrları” adlandırdığı 15 mindən çox gənc bu gün xalq təsərrüfatının, elm, təhsil, mədəniyyətin müxtəlif sahələrində uğurla çalışır.\r\n“Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”, – deyən ulu öndərin o zaman bütün təzyiqlərə baxmayaraq, 1978-ci il Konstitusiyasında Azərbaycan dilini dövlət dili kimi qəbul etdirməsi, həqiqətən, onun öz xalqı və Vətəni qarşısında göstərdiyi misilsiz xidmətdir.\r\nBundan əlavə, 1973-cü ildə ümummilli liderin təşəbbüsü ilə Bakıda yaradılan Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynamışdır. Bu hərbi məktəb Azərbaycanda ordu quruculuğunda əsas bazalardan birinə çevrilib və bu gün də hərbi kadr hazırlığı sahəsində mühüm rol oynayır.\r\nMəlumdur ki, Sovet hakimiyyəti illərində görülən bu işlər daha sonralar xalqda milli özünüdərk prosesinin qüvvətlənməsinə, müstəqillik arzularının qabarmasına çox böyük təsir göstərmişdir. Nəticədə, Heydər Əliyevin son dərəcə yüksək məharəti, uzaqgörənliyi ilə həyata keçirilən tədbirlər sayəsində ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində, yəni, müstəqillik hərəkatının geniş vüsət aldığı dövrdə xalqımızın mübarizlik ruhu formalaşmışdır. Bununla da xalqımızda milli özünüdərk hissi daha da güclənmişdir.\r\nBeləliklə, 90-cı illərdə yaşanmış bütün çətinliklərdən sonra xalqımızın yenidən hürriyyətə qovuşması da böyük siyasətçinin düşünülmüş addımları sayəsində oldu. Lakin bu, bir həqiqətdir ki, müstəqilliyi qoruyub saxlamaq və inkişaf etdirmək onu qazanmaqdan çətindir. O dövrdə mövcud olan iqtisadi böhran, səriştəsiz siyasətçilərin hakimiyyət davası, xarici qüvvələrin hərbi və psixoloji hücumları respublikamızın müstəqilliyini tam təhlükə altına almışdı. Belə bir vəziyyətdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq mümkün oldu.\r\nHeydər Əliyevin 1993-cü ilin iyun ayında hakimiyyətə gəlməsi təkcə xalqın deyil, həm də zamanın tələbi idi. O, dövlət zəkası və uzaqgörənliyi, çox böyük səyləri sayəsində ölkəmizdə sabitliyə nail oldu. Ümummilli lider öz adını Azərbaycan tarixində müstəqil dövlətin müdrik banisi kimi əbədiləşdirdi.\r\nDaha sonra Heydər Əliyevin diplomatik səyləri sayəsində 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunması və Azərbaycan həqiqətlərinin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması ölkəmizin təhlükəsizliyi, ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm addımlar oldu. Onun fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir.\r\nMüstəqillik qazandıqdan dərhal sonra dövlətimiz qısa müddətdə BMT, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, GUAM, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Şurası, Avropa Birliyi, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa nail olmuşdur.\r\nÜmummilli liderin müstəqil Azərbaycan dövləti qarşısında göstərdiyi ən böyük xidmətlərdən biri də ölkənin iqtisadi yüksəlişinin təməlini qoyan “Əsrin müqaviləsi”nin imzalanması olmuşdur. Bu müqavilənin gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən, ölkəmizin zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etmək məqsədi güdən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü idi.\r\nBöyük öndərin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində 1995 – ci ildə qəbul olunmuş, dövlət quruculuğunun hüquqi bazasının əsasını təşkil edən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası onun milli dövlətçilik qarşısında tarixi xidmətlərindən biridir.\r\nQeyd edək ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra da Azərbaycan təhsilinin inkişafına qayğısını, diqqətini əsirgəməmişdir. 1998-ci ildə “Təhsil sahəsində islahat Proqramı”nın hazırlanması üçün yaradılan xüsusi dövlət komissiyası Azərbaycan təhsilinin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirdi.\r\nÜmummilli liderin Azərbaycan elminə ən böyük töhfələrindən biri də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) yaradılması barədə tarixi qərarıdır. Prezidentin 1999-cu il 3 yanvar tarixli fərmanı ilə yaradılmış DİA müstəqil Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir.\r\nBundan başqa, ümummilli liderin 1998-ci il fevralın 10-da ölkəmizdə ölüm hökmünü ləğv etməsi onun insan hüquq və azadlıqlarına verdiyi yüksək dəyərin əyani təzahürüdür. 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilən Azərbaycan Respublikası artıq 13 ildir ki, bu təşkilatın tribunasından istifadə edərək, öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırır.\r\nHəmçinin Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının 1-ci Qurultayı ölkənin ictimai-siyasi həyatında və dünya azərbaycanılarının həmrəyliyinin güclənməsi işində əlamətdar hadisə olaraq, Heydər Əliyevin azərbaycançılıq ideyalarının təntənəsinə çevrilmişdir.\r\nUlu öndərin ən çox diqqət göstərdiyi əsas məsələlərdən biri ana dili məsələsi olmuşdur. Bununla bağlı 1995-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz əksini tapması, 18 iyun 2001-ci il tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə latın qrafikasına keçmək barədə qərarın qəbulu və 9 avqust 2001-ci il tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman Azərbaycan dövlətinin milli simasını müəyyən etmişdir.\r\nTəbii ki, onun Azərbaycan xalqı üçün, Vətəni üçün həyata keçirdiyi fəaliyyətini sadalamaqla bitməz. Mənalı ömrünün tam bir qərinəsini siyasətə, qurub-yaratmağa həsr etmiş Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərini heç nə ilə müqayisə etmək olmaz. O, elə bir şəxsiyyətdir ki, istər ölkə daxilində, istərsə də, onun hüdudlarından çox – çox uzaqlarda daim mənsub olduğu xalqa başucalığı, nüfuz və hörmət gətirmişdir. Heydər Əliyev Azərbaycan üçün o qədər tarixi əhəmiyyətli işlər görmüşdür ki, onları əvvəlki rəhbərlərin gördükləri ilə nə müqayisə etmək mümkündür, nə də mahiyyətcə eyniləşdirmək. Ulu öndərin Azərbaycan naminə gördüyü misilsiz işlər heç vaxt yaddaşlardan silinməyəcəkdir.\r\n\r\nLəman XƏLİLOVA,\r\n “Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory