Yaradılan şərait rahatlığımızı təmin edib

Uzun illərdir ki, Naxçıvan şəhərində yaşayırıq. Bu şəhərin də ildən-ilə, aydan-aya gözəlləşməsi hər birimizi sevindirir. Yeni tikilən bir-birindən gözəl binalar, yaşayış kompleksləri, təzə salınan küçə və parklar baxdıqca könül açır.\r\nŞəhərimizin təmizliyi, yolların rahatlığı bu gözəlliyi daha da artırır. Yaşadığımız Atatürk prospektindəki 5 nömrəli yaşayış binası köhnə tikililərdən idi. Doğrudur, binada yaşamaq üçün zəruri ehtiyaclar – təbii qaz, elektrik enerjisi daimi olsa da, müəyyən çətinliklər də vardı. Həmişə şəhərimizdəki əksər yaşayış binalarının müasir formada yenilənməsini gördükcə sevinir, istəyirdik ki, bu müasirlikdən bizim binaya da pay düşə.\r\nBu ilin əvvəllərində yaşadığımız binada əsaslı yenidənqurma işlərinə başlandı. Bina müasir tələblərə uyğun qurularaq bu yaxınlarda sakinlərin istifadəsinə verildi. İndi mənzillərimizin hər birinin sahəsi 30 kvadratmetr artırılıb, yaşayış üçün hərtərəfli şərait yaradılıb.\r\nBinanın həyətində abadlıq işləri aparılıb, hər tərəfdə təmizlik və səliqə hökm sürür.\r\n\r\nRamazan ABBASOV,\r\n Naxçıvan şəhər sakini

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory