Hamıya xoş gedər

1Yas mərasimlərinin sadələşdirilməsi, israfçılığın aradan qaldırılması istiqamətində tövsiyə xarakterli maarifçiliyin səmərəsi göz qabağındadır: indi əksər yerlərdə mərasimlər sadə, izafi məsrəfsiz keçirilir. Amma mütərəqqi təkliflərə inadla müqavimət göstərən və əməl etmək istəməyənlər də var. Başqa sözlə, köhnə “ənənə”lərə sadiqliyi ilə seçilənlərə hələ də rast gəlinir. Bu, çox adamı narahat edir. Fikrimcə, ona görə də yas mərasimlərinə yeni yanaşma normaya çevrilənədək maarifləndirmə işi davam etdirilməlidir.\r\nMütərəqqi dəyişikliklərə nail olmaq üçün müsbət ənənələrimizi yaşatmalı, mənfilərdən birdəfəlik yaxa qurtarmalıyıq. Yas mərasimlərinə konservativ yanaşanlar “ənənə” dedikləri təmtəraqlı hüzr məclislərinin mahiyyət etibarı ilə islamı dəyərlərə zidd olduğunu bilməlidirlər.\r\nİkili standartlar yeridildiyi indiki zamanda müsəlmanların birliyə, qarşılıqlı etimada daha çox ehtiyacı var. İslam kainatın bütün sirr və açarlarını özündə ehtiva edən mütərəqqi dindir. Təbiət elmlərinin, xüsusilə riyaziyyatın, astronomiyanın, kimyanın, humanitar elmlərin, sosiologiyanın, həmçinin digər elmlərin təşəkkül tapmasında, inkişafında islam alimlərinin xidməti misilsizdir. Hərçənd bu və ya digər elmlərin tarixində müsəlman alimlərin xidmətləri üzərindən çox vaxt sükutla keçilir.\r\nİslam sülh və fəzilətlər dinidir. Dinimizin əsas qayələrindən biri də insanları elmə sövq etməkdir. Dünyanın sirlərinin çözümü, xəlq edənin dərk olunması, bu maddi dünyada ahəngdar, mənalı həyatın yaşanması da məhz imanın və elmin vəhdətindən keçir.\r\nSavab qazanmaq, dünyasını dəyişənin ruhuna sidq-ürəkdən dua oxunmasını istəyən insanlar mənasız yas mərasimləri xərclərini daha səmərəli istiqamətə yönəldib islama sədaqətlərini nümayiş etdirə bilərlər. Dediyim odur ki, yas mərasimləri, bahalı başdaşları və digər ayinlərə xərclənən vəsait hesabına imkansız bir istedadlı uşağı, yeniyetməni və ya gənci himayəyə götürüb oxutmaq, həyan və dayaq olmaq mümkündür. Bu, Allaha da xoş gedər, bəndəyə də!\r\n\r\nŞövkət MƏDƏTOVA,\r\n mühəndis

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory