Bugünün uğurları, sabahın qayğıları

2İl başa çatır. Hər yerdə görülən işlərə yekun vurulur, növbəti vəzifələr müəyyən edilir. Cəbhə xəttində yerləşən Goranboy rayonunun və onun ayrı-ayrı bölgələrinin uğurları da çoxdur, qayğıları da.\r\nFaxralı kəndində yeni tikilmiş məktəbdə keçirilən görüş zamanı bu barədə geniş söhbət açıldı. İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev ümumən rayon üzrə, eləcə də qəsəbə və kəndlərdə görülən işlər barədə ətraflı məlumat verdi. Sonra ayrı-ayrı xidmət təşkilatları nümayəndələrinin çıxışları dinlənildi. Yekdilliklə qeyd olundu ki, dövlət başçısı İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq son vaxtlar rayonda bir sıra dəyərli işlər görülüb. Gənclər mərkəzi, şahmat məktəbi, avtovağzal kompleksi, 330 kilovatlıq paylayıcı elektrik məntəqəsi, bir neçə məktəb binası inşa edilib, mədəniyyət evi, şəlalə kompleksi, stadion, Dəliməmmədli şəhər xəstəxanası əsaslı təmir olunub, müxtəlif sosial obyektlər, fərdi evlər tikilib, yaraşıqlı parklar, bağlar salınıb.\r\nRayonda körpü və yol təsərrüfatı da həmişə diqqət mərkəzindədir. Qaradağlı, Qaraqucaq və Yolğunlar kəndlərinin yollarındakı körpülər düzəldilib. Kürəkçay üzərində yeni körpü tikilib. Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışı isə əsl el bayramına çevrildi.\r\nBütün bu uğurların qazanılmasında Faxralı bölgəsinin də payı az deyil. Faxralı kəndi Goran torpağının ən qədim yurd yerlərindən biridir. Burada üç min nəfərdən çox əhali yaşayır. Hamı maldarlıqla, əkin-biçinlə məşğul olur. Kəndin icra nümayəndəsi Əbdülrəhman İsmayılov və bələdiyyə sədri Sevda Vəliyeva il ərzində görülən işlər barədə məlumat verdilər. Burada 920 baş mal-qara, beş min baş qoyun-quzu bəslənilir. Yem tədarükü üçün 670 hektar sahədə yonca əkilib. Bundan əlavə, 460 hektar sahədə taxıl, 270 hektar sahədə günəbaxan yetişdirilib. Əhalinin güzəranı yaxşıdır. Gəlir-qazanc artdıqca abadlığın miqyası genişlənir. Kənddə 480 yerlik orta məktəb binası, icma xidməti mərkəzi, 400 yerlik şadlıq sarayı, çay evi tikilib, 80 evə və sosial obyektə qaz xətti çəkilib. Bir vaxtlar iş və çörək üçün kənddən gedənlər geri qayıdırlar. Fərdi evlərin inşası üçün səkkiz nəfərə torpaq sahəsi verilib. İllər boyu mübahisəli qalan 26 nəfərin torpaq sahəsi rəsmiləşdirilib.\r\nBir sözlə, həyatın hər sahəsində uğurlar az deyil. Toplantıda çıxış edən kənd sakinlərindən Sakit Əhmədov, Tənzalə Musayeva, Cavid Yusibov və başqaları hamını narahat edən bəzi məsələlərə də toxundular. Dedilər ki, kənddə həkim məntəqəsi fəaliyyət göstərsə də, burada üç həkim yeri boşdur. İstismar müddəti keçdiyinə görə bəzi rabitə və elektrik dirəklərinin təmiri vacibdir. Faxralı-Qurbanzadə yoluna asfalt döşənməli, içməli su xətti əsaslı təmir edilməli, habelə yeni salınan parkın inşası başa çatdırılmalıdır.\r\nGörüş zamanı çıxış edənlər minnətdarlıq hissi ilə onu da qeyd etdilər ki, regionların inkişafı üçün dövlət başçısı İlham Əliyevin tükənməz qayğısı daim artır və hər yerdə hiss olunur. Elə bu günlərdə ölkə rəhbəri “Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalamış və yerlərdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədilə Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə iki milyon manat ayrılmışdır. Təcrübəli müəllim Samir Süleymanov da goranboyluların fikrini ifadə edərək dedi ki, ümumən doğma Azərbaycana, onun regionlarına, eləcə də tarixi Goran torpağına göstərilən bu tükənməz qayğı və diqqətə görə dövlət başçısına ürəkdən minnətdarıq.\r\n\r\nƏhməd İSAYEV,\r\n\r\nRespublikanın əməkdar jurnalisti.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory