On yaşlı məktəbin uğurları

On il əvvəl İsmayıllı şəhərindəki ümumtəhsil məktəblərinin sırasına biri də qoşuldu. 5 nömrəli tam orta məktəb “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa edilən yeni binada fəaliyyətə başladı. 480 şagirdlik bu təhsil ocağında hər cür şərait yaradılmışdır. Elə həmin ildən də yeni məktəb uğurlarını artırmağa başladı.\r\nÖtən on il ərzində təhsil ocağının 236 məzunu ali məktəblərə qəbul olunub. Onların 38 nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunlardan Ləman Abbasova və Nurlan Vəlizadə Prezident təqaüdünə layiq görülüblər. Təkcə 2013-2014-cü dərs ilində məzunlardan 42 nəfəri müvəffəqiyyətlə imtahan verib ölkənin sayılıb-seçilən ali təhsil ocaqlarına daxil olub. Şəhla Abdullayeva və Badam Bədəlova orta məktəbi qızıl medalla bitiriblər. Məktəbin 4 şagirdi – Sevinc Məmmədova, Məhəmməd Məmmədli, həmçinin yuxarıda adları çəkilən Badam Bədəlova və Şəhla Abdullayeva respublika olimpiadalarında, beynəlxalq müsabiqələrdə qazandıqları uğurla doğma məktəblərinə şan-şöhrət gətirdilər. Təbii ki, nailiyyətlərin qazanılmasında məktəbin pedaqoji kollektivinin də böyük əməyi var. Elə məktəbin on yaşının qeyd edilməsi ilə bağlı keçirilmiş tədbirdə bu fikir bir daha vurğulandı, müəllimlərə mükafat və hədiyyələr verildi. Məktəbin ilk direktoru Fərman Bəşirov da fəxri qonaqlar arasında idi.\r\nOnu da qeyd edək ki, onillik yubiley ərəfəsində rayon icra hakimiyyətinin maliyyə dəstəyi ilə məktəbin qazanxanası, isitmə sistemi yenidən qurulub, idman və akt zalları əsaslı təmir edilib. Əminliklə demək olar ki, İsmayıllı şəhər 5 nömrəli tam orta məktəb bundan sonra uğurlarını daha da artıracaq.\r\n\r\nValeh SALEHOV.\r\nveteran jurnalist,\r\n İsmayıllı rayonu

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory