Naftalan şəhər İcra Hakimiyyəti başçısının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhər sakinlərinə təbriki

4Əziz Naftalanlılar!\r\n\r\nSizləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2015-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bildiyiniz kimi 31-dekabrda xalqımız iki bayram günü yaşayır. Belə ki, xalqımız 31 – dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ilə yanaşı Yeni ilin gəlişini də böyük sevinclə qeyd edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu bayram Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci il dekabrın 16-da Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali məclisi tərəfindən dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd olunması barədə qəbul edilən qərar 50 milyonluq bir xalqın tarixində mühüm bir hadisə idi. Beləliklə həmin vaxtdan etibarən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünya azərbaycanlıları tərəfindən əziz bayram kimi qeyd edilir.\r\nYola salmağa hazırlaşdığımız 2014-cü il Naftalan şəhəri üçün də sosial-iqtisadi sahədə qazanılan bir çox uğurlarla əlamətdar və yadda qalan olmuşdur. Belə ki, 2014-cü ilin oktyabr ayının 17-də Prezident cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şəhərimizə səfəri və səfər çərçivəsində dünya miqyaslı 264 yerlik “Qarabağ” otel kompleksinin açılışı şəhər sakinlərinin yaddaşında silinməz izlər buraxmışdır. Bundan başqa 80 yerlik Mərkəzi şəhər xəstəxanasının, 11 mərtəbəli Avtovoğzal otel kompleksinin tikintisinə, yolların əsaslı təmiri işlərinə başlanmışdır. Çoxmənzilli yaşayış binaları əsaslı təmir olunmuşdur. Aparılan hər bir tikinti, quruculuq işləri Naftalan kurortunun şöhrətini özünə qaytarır və onun müasir kurort şəhərinə inteqrasiya etməsinə zəmin yaradır.\r\nÖtən illərdə müqayisədə cari ilin ötən dövründə şəhərə gələn turistlərin sayı xeyli artmışdır. Bu da turizm sahəsində atılan uğurlu addım deməkdir. Bu inkişaf Naftalana Azərbaycandan kənarda da marağın artmasına səbəb olmuş digər ölkələrin kurort şəhərləri 2011-ci ildən başlayaraq Naftalan şəhəri ilə beynəlxalq əlaqələr qurmağa başlamış, hazırda turizm və mədəniyyət sahəsində ikitərəfli münasibətlərin inkişafı məqsədilə Naftalan şəhəri Fransanın Leql, İtaliyanın Pozitano, Rusiya Federasiyasının Yessentuki və Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq edir.\r\nBir daha hər birinizə səmimi təbriklərimi çatdırır, yeni ildə ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.\r\n\r\nYeni iliniz mübarək olsun!\r\n\r\nNatiq Aslanov,\r\n Naftalan şəhər İcra Hakimiyyətinin başçısı.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 3
  • 2
  • 562
  • 2,740
ILK-10 Azeri Website Directory