Biz bu müstəqilliyi qanımızla qazandıq, qanımızla da qoruyacağıq

7Milli və dövlət müstəqilliyi xalqın nail ola biləcəyi ən ali dəyər, ən yüksək mərtəbədir. Ağır və məşəqqətli sınaqlardan keçir müstəqillik, suverenlik yolu. Bəzən müstəqilliyə qovuşmaq üçün əsrlərlə mübarizə aparmaq, müəyyən tarixi məqamı gözləmək gərək olur.\r\nYalnız həmin tarixi şərait və məqam yetişdikdə real nəticə alınır – verilən qurbanlar, axıdılan qanlar məna kəsb edir. Keçilən yol hərdən odlu-alovlu, məhrumiyyətlərlə dolu, bəzən də uzun olur. Amma xalqın iradə və idealları bu məntiqi sonu zəruri edir. Heç kimə mərcidə müstəqillik təqdim olunmayıb. Bu gün malik olduğumuz dövlət müstəqilliyi də xalqımızın qanı, çəkdiyi əziyyətlər sayəsində ərsəyə gəlib. 20 Yanvar hadisələri zamanı saxta dövlətin öz xalqına silah çevirməsi onun öz faciəsinə, süqutuna gətirib çıxardı.\r\nAzərbaycan xalqı milli iradəsini və kimliyini o dövrdə kəskin şəkildə ortaya qoydu. 20 Yanvar qırğınlarını törədənlər ən qəddar üsullarla xalqı qanına qəltan edəndə millətimizin bundan qorxub-çəkinəcəyini, müstəqillik yolundan sapacağını düşünürdü. Beləcə, qırmızı imperiyanın ömrünün uzadılacağına ümid bəslənilirdi. Amma onların niyyətləri puç oldu! Üstəlik, mərkəzi hakimiyyət “proletar” maskasını çıxararaq əsl yırtıcı imperialist simasını göstərdi.\r\nAzərbaycan xalqının Azadlıq meydanına yığışdığı o möhtəşəm günü hamı yaxşı xatırlayır. O gün sanki bütün Azərbaycan meydanda idi. Yer-göy insan selinə qərq olmuşdu. O ərazidə – meydanda, sahil boyunda, yollarda boş yer yox idi! Hər ev, hər ailə orada təmsil olunurdu. Deməli, millət meydanda idi. Ölümə meydan oxuyaraq sinəsini süngü qabağına vermişdi Azərbaycan xalqı. Qorxu yaratmaq istəyənlər özləri vahimələnmişdilər – millətimizin birliyi və mərdliyi qanımıza susamışları belə heyrətə salmışdı.\r\nBiz bu müstəqilliyi qanımızla qazandıq, qanımızla da qoruyacağıq! İşğal altındakı torpaqlarımızın azad olunması uğrunda da həyatımızı fəda etməyə hazırıq. Bunun da mütləq bir tarixi məqamı, fürsəti yetişəcək…\r\n\r\nAzad QƏHRƏMANOV,\r\n Bakı şəhəri

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 88
  • 21
  • 693
  • 2,334
ILK-10 Azeri Website Directory