Dövlət qayğısı bizi firavanlığa qovuşdurur

Bizim Sabirabad camaatı həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevə sədaqətli olub. Ulu öndər Heydər Əliyev də sabirabadlıları çox sevirdi. Azərbaycana rəhbərlik etdiyi dövrdə 14 dəfə Sabirabadda olması bu bölgəyə xüsusi qayğı və diqqətinin göstəricisidir. Onun hər gəlişi rayonumuzda unudulmaz izlər qoyur, Sabirabadın sürətli inkişafına güclü təkan verirdi.\r\nO zaman müxtəlif vəzifələrdə çalışmışam. Çox hadisənin şahidiyəm. O böyük ürək sahibinin qayğısını hər gün hiss edirdik. Onun hər səfəri bütün bölgədə yüksək əhval-ruhiyyə yaratmaqla yanaşı, rayonda yeni-yeni sosial obyektlərin araya-ərsəyə gəlməsini reallaşdırırdı. O zaman Heydər Əliyevin təşəbbüsü ilə rayonumuzda möhtəşəm bir mədəniyyət sarayı da inşa olundu.\r\nArtıq o vaxtdan uzun illər keçir. Ən mühümü isə odur ki, zaman dəyişsə də, xalqımızın yolu dəyişməyib. Heydər Əliyev siyasi kursuna sədaqət, düzgün seçilmiş yola bağlılıq bu gün dövlətimizi də, xalqımızı da qələbədən-qələbəyə aparır, bizi yeni-yeni zirvələrə ucaldır, firavan həyata qovuşdurur.\r\nQətiyyətlə deyə bilərəm ki, tarixin heç bir dönəmində Sabirabadda sosial-iqtisadi inkişafın belə yüksək sürəti olmayıb. Kür daşqınında, sel fəlakəti ilə üzləşəndə Prezident İlham Əliyev özünü bizə çatdırdı. Onun böyük humanizmi ev-eşiyi sellərə qərq olan neçə-neçə ailə üçün yeni tikilən və əvvəlkindən daha yaxşı, daha yaraşıqlı rahat və işıqlı mənzillərdə özünü göstərdi.\r\nDövlət başçısının növbəti səfəri də Sabirabadda əsl el bayramına çevrildi. Prezident yeni qurulan kənd yolunun, uşaq bağçasının, “ASAN xidmət” mərkəzinin açılışında iştirak etdi. Rayonumuza ekoloji cəhətdən təmiz içməli suyun verilməsi də bizi çox sevindirdi. Ölkə rəhbərinin təşəbbüsü ilə gerçəkləşən bu məsələ sabirabadlılar üçün əlçatmaz bir arzu idi. Axı, bölgə sakinləri daim təmiz və saf su sarıdan korluq çəkirdilər.\r\nSəfər zamanı dövlət başçısının ötən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə inşa olunmuş mədəniyyət sarayının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olması isə məndə kövrək duyğular oyatdı. O sarayın tikilməsində vaxtilə mən də yaxından iştirak etmişəm. Belə bir möhtəşəm sarayı milli memarlıq üslubunda yenidən bərpa etmək sözün həqiqi mənasında varislik ənənəsinin daha bir bariz nümunəsidir. Müdrik siyasəti ilə ölkəmizi dünyaya tanıdan, söz sahibinə çevirən, qurub-yaratmaq həvəsli bir rəhbərə necə güvənməyəsən?! Azərbaycan adlı bu məmləkətdə azad, xoşbəxt yaşamağınla necə öyünməyəsən?!\r\n\r\nƏlabbas ŞIXƏLİYEV,\r\n Sabirabad rayonu, ağsaqqal

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory