Yığmamız Malta millisini məğub etdi

5Dünən Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilib.\r\n\r\nApasport.az saytının məlumatına görə, millimiz Tofiq Bəhramov adına Respublika stadionunda Malta ilə qarşılaşıb.\r\n\r\nQrupda 4 oyun keçirən yığmamızın aktivində hələ ki, xal yox idi. Əvvəlki 4 görüşdə meydanı məğlub tərk edən komandamız ilk qələbəsinə sevinib.\r\nBelə ki, 4-cü dəqiqədə Cavid Hüseynov hesabı açıb. “Qəbələ”nin futbolçusunun vurduğu qol komandamızı fasiləyə üstün yola salıb. 70-ci dəqiqədə Əfran İsmayılovun yerinə meydana daxil olan Dmitri Nazarov matçın son dəqiqələrində fərqi artırıb – 2:0. Matçda bundan başqa qol olmayıb və yığmamız seçmə mərhələdə ilk 3 xalını qazanıb.\r\nXatırladaq ki, “cırtdan” ölkə təmsilçisi ilə görüş xorvatiyalı baş məşqçimiz Robert Prosineçki üçün də əlamətdar olub ki, təcrübəli çalışdırıcı bu postda millimizi ilk oyuna çıxarıb. Düzdü, xorvat mütəxəssis komandamızla Antalyadakı təlim-məşq toplanışında Ukrayna “Şaxtyor”u ilə matçda debüt edib. Lakin bu görüş yoxlama xarakteri daşıdığından rəsmi status daşımırdı.\r\nQeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tuturlar. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 1 xalı olan Malta sonuncu olan Azərbaycandan 1 pillə irəlidədi.\r\n\r\nAVRO-2016-nın seçmə mərhələsi, V tur\r\n H qrupu\r\n 28 mart\r\n\r\nAzərbaycan – Malta – 2:0\r\n QOLLAR: Cavid Hüseynov, 4, Dmitri Nazarov, 90+2\r\n\r\nBaş hakim: Halis Özkahya

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory