Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu

12(Əvvəli 18 mart sayımızda)\r\n\r\nŞəkidəki Cümə məscidi XVIII-XIX əsrlərə aid abidədir. Məscidin tikintisində yerli inşaat materiallarından istifadə edilib. Plan quruluşuna görə tağlı, sütunlu salondan ibarət olub, daş və ağaclarla bölmələrə ayrılaraq binadakı bu böyük aşırımı örtməyə imkan verib.\r\nAlçaq yaşayış evlərinin və yaşıllıqların fonunda özünün hündürlüyü ilə seçilən minarə məscidinin kompozisiyasında mühüm yer tutur. 28,5 m. hündürlüyündə olan minarə məscid binasından bir neçə metr aralı, ayrıca dayanan tikilidir. Yuxarıya doğru nazikləşən minarə kərpic hörgülərlə, relyefli naxışlarla bəzədilib. Minarəni tamamlayan şərəfə hissəsi çox məharətlə işlənib. Məscidin iç məkanı sadə həll olunub.\r\nBuradan ibadət yeri, hücrələrindən isə mədrəsə kimi istifadə olunur. “N” şəklində olan məscid kompleksi ikimərtəbəlidir. Baş fasad kərpic naxışlarla işlənib. Şəki şəhərinin mərkəzində yerləşən Cümə məscidinin həyətyanı sahəsi 700 kvadratmetrdir. Məscidin tikintisində yerli inşaat materiallarından – çaylaq daşı və bişmiş kərpicdən istifadə edilib. Minarəsinin hündürlüyü 24 metr olan məscidin taxtadan düzəldilmiş on pilləli minbəri şəbəkə ilə işlənib. İbadət zalının üç giriş qapısı və 44 pəncərəsi vardır. Hündürlüyü iki metr olan mehrab nəbati ornamentlərlə bəzədilib. İkinci mərtəbədə isə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir. Məscidin nəzdində fəaliyyət göstərən mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyirlər.\r\n13Şəkixanovların evi və ya Şəkixanovlar sarayı – Şəkinin qoruq ərazisində yerləşən və Azərbaycan memarlığının ən unikal abidələrindən biridir. Şəkixanovlar evi xalq yaşayış evindən saray tipli evlərə keçid formasıdır. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina Şəki xalq yaşayış evlərinin əlamətlərini saxlayaraq, əsasən interyerdəki zəngin dekorativ elementlər binanı saray tipli tikintilərə bənzədir.\r\nŞəkixanovlar evi iki mərtəbədən ibarətdir. Evin hər bir mərtəbəsi üç otaqdan və iki böyük olmayan dəhlizdən ibarət olub, birinci mərtəbədən ikinci mərtəbəyə qalxan pillələr yerləşən otaqlarla birləşir. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqları olduğu üçün burada “buxarılar” yerləşdirilib. Birinci mərtəbəyə oxşar olan ikinci mərtəbə qonaqlar üçün nəzərdə tutulub. İkinci mərtəbənin salonunun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarı gözəl şəkillərlə bəzənmiş və bütün interyer ona nisbətən simmetrik olaraq xalq yaşayış interyerinə uyğun olaraq işlənib. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycan şairi Nizaminin “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının qəhrəmanlarının şəkilləri ilə bəzənib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktitlə örtülüb. Kəllə divarlarda da bu cür iki taxça yerləşir və bunların arasında qonşu otaqlara və salona çıxan qapılar yerləşir. Üç divarın taxçaları və boşluqları üstündən rəf keçir ki, bu rəf də stalaktit karniz üzərində yerləşib. Güzgü stalaktitinin mürəkkəb quruluşunu salonun yuxarısından keçən karniz təşkil edir. Rəflərin üstündə taxçaların oxu üzərində kiçik taxçalar yerləşir. Bu taxçalar vazalarda gül dəstələri, heyvan və quş şəkilləri ilə bəzənmişdir. Salonun xarici divardan başqa bütün qalan sahəsi isə rəsmli, ornamentli “şəbəkə” ilə işlənib.\r\nMüasir dövrdə “Şəki Xan sarayı” adı ilə tanınan bu bina – “Məhəmmədhəsən xan divanxanası” məşhur Məhəmmədhəsən xan tərəfindən tikdirilib. Binanın tikintisinə 1789-1790-cı ildə başlanılıb. Çox vaxt onun tikilmə tarixi səhvən “Şəkixanovların evi”nin (“Müştaq imarəti” – “Qurğuşunlu otaq”ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın inşasına o vaxt 32 min çervon, yaxud 32 min İran tüməni məbləğində pul xərclənib.\r\nMemar şirazlı Zeynalabdindir. Qala biyar yolu ilə tikilib. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınıb və kilsə edilib.\r\nRuslar xanın hərəmxanasının yerində isə həbsxana binası tikiblər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilib. Sarayın hər iki mərtəbəsi eyni quruluşdadır.\r\nMərkəzdə böyük salon və salonun hər iki tərəfindəki dəhlizlərə bitişən yan otaqlar vardır. Binanın plan quruluşu, yəni hər mərtəbədə 3 otağın olması cənub hissədə aydın əks olunur. Mərtəbələr daxildən pilləkənlərlə əlaqələndirilib. Salonların şimal hissəsində iki kiçik otaq arasında xanişin adlanan yerləşkələr var. Tavanı güzgülənmiş alt xanişində fəvvarəli mərmər hovuz tikilib. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünüb, ağac parçaların aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadrat metri orta hesabla 5000, mürəkkəb yerləri 14000 ağac və şüşə şəbəkədən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməyib, ağac və şüşə parçaları bir-birinə geydirilib. Saray divarın ornamentliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, müxtəlif naxışlar, gəc üzərində oymalar məharətlə işlənib. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetli və quş rəsmlərinə, döyüş və ov səhnələrinə daha geniş yer verilib. Zövqlə işlənmiş taxçalar, güzgülü buxarılar əsl sənət nümunəsidir. Saraydakı naxışların zənginliyi, rəng çalarları, stalaktit oymal olduqca gözəldir. Otaqların divarları ilə yanaşı tavanı da yaraşıqlı naxışlarla bəzədilib. Dünya şöhrətli türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazıb: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.\r\n14Şəki Xan sarayının çox böyük şöhrət qazanmış divar rəsmləri XVlll əsrdə yaranmışsa da, sonralar dəfələrlə təmir edilib. Sarayın divar təsvirlərini işləyən bir neçə nəqqaş və ustanın adı binanın içində müxtəlif yerlərdə yazılıb. Həmin sənətkarların XlX əsrin sonunda binada işləməsi kitabələrdən məlumdur. XVlll əsrdə ilk təsvirləri işləyən nəqqaşın adı bunların içində qeyd edilməyib. Binada ikinci mərtəbənin tavanındakı təsvirdə ustad Abbasqulunun adı yazılıb. Ancaq Abbasqulunun bu təsvirləri nə vaxt işləməsi haqqında əlimizdə heç bir məlumat yoxdur. İkinci mərtəbənin salonundakı təsvirləri XlX əsrin axırlarında təmir edən və bəzilərini yenidən işləyən boyaqçının qarabağlı usta Qəmbər olduğu salonun divarlarında qeyd olunub. XlX əsrin axırlarında Xan sarayının birinci mərtəbəsindəki salonun təsvirlərini təmir edən şamaxılı ustad Mirzə Cəfərin adı həmin salonun giriş qapısının yuxarısında yazılıb. 1955-1956-cı illərdə memar H.Q Rzayevin layihəsi və başçılığı ilə burada geniş bərpa işləri aparılıb və abidə ilkin halına qaytarılıb.\r\n\r\n(Ardı var)\r\nS.ABDULLAYEVA

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory