Gəncədə Koreya Kinosu Festivalı başlayıb

Gəncədə Koreya Kinosu Festivalı başlayıb<b style="color:red"></b>\r\n\r\n“Azərbaycanda Koreya Kinosu Festivalı” Gəncədən başlayıb.\r\n\r\nAPA-nın qərb bürosunun verdiyi məlumata görə, Azərbaycan Mədəniyyət Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Koreya Fondunun təşkilatçılığı və Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə 2015-ci il 6 iyul-15 avqust tarixləri arasında ölkənin 5 regionunda “Azərbaycanda Koreya Kinosu Festivalı”nın keçirilməsi planlaşdırılır.\r\nBu gün Gəncədə Festivalın aşılısı olub. Mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Sevda Qurbanəliyeva, Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Çoi Suk-in və SEBA Assosiasiyasının şöbə müdiri xanım İradə Nəcəfova çıxış edərək, Festivalın əhəmiyyətindən danışıblar.\r\nBildirilib ki,  bu festival iki ölkənin insanlarını və mədəniyyətini birləşdirmək üçün mühüm körpü rolunu oynayacaq. Eyni zamanda, Azərbaycan tamaşaçısının Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-siyasi həyatını daha yaxından tanımalarına, həm də mədəniyyətləri ilə daha yaxından tanış olmalarına şərait yaradacaq. Azərbaycanda belə layihənin ilk dəfə keçirildiyi qeyd olunub. SEBA Assosiasiyasının sədr müavini İrina Zeynalova festivalı açıq elan etdikdən sonra  tamaşaçılara 2008-ci ildə rejissor Yim Soon-rye tərəfindən lentə alınmış “Əbədi An” (“Forever The Moment”)  adlı ekran əsəri təqdim olunub.\r\nQeyd edək ki, Gəncə şəhərində keçirilən “Koreya Kinosu Festivalı” iyulun 12-ə kimi davam edəcək.  Festival 13-19 iyul Lənkəranda, 20-29 iyul Sumqayıtda,  31 iyul-6 avqust Ağdaşda, 7-15 avqust tarixlərində isə Qəbələdə davam edəcək.\r\n2015-ci il “Azərbaycanda Koreya Kinosu Festivalı”nda 10 Koreya filmi nümayiş olunacaq. Bütün filmlər SEBA Assosiasiyasının dəstəyi ilə Azərbaycan dilinə dublyaj olunub. Bütün qeyd olunan şəhərlərdə “Koreya Kinosu Festivalı 2015”-in nümayişlərinə giriş sərbəst olacaq.\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 44
  • 40
  • 685
  • 4,419
ILK-10 Azeri Website Directory