Mən aqronomam

On ikinci yazı

\r\n

\r\nTorpaqda  gübrə  çatışmazlığı\r\n\r\nYüksək məhsul alınması üçün intensiv əkinçiliyin qarşısında duran əsas məsələlərdən biri də kənd təsərrüfatı bitkilərinin gübrələnməsidir. Gübrələrin təsnifatını və bəzi vacib məsələləri diqqətinizə çatdırmaq istəyirik və  bu mövzu geniş və bir qədər də mürəkkəb olduğundan qısa və konkret yazmağa üstünlük veririk.\r\n\r\nMikroelementlər – bor, manqan, miss, molibden, sink, kobalt və s. kimi elementlər  bitkilərə az miqdarda lazım olsa da onlar bitki orqanizmində gedən maddələr mübadiləsində çox mühüm rol oynayırlar.\r\n\r\n\r\n\r\nMakroelementlər bitkilərə gübrə formasında verilir ki, bunlar da azot, fosfor və kaliumdan ibarətdir. Azot-bitkinin yaşıl kütləsini artırır, boyunun uzanmasına yaxşı təsir göstərir, habelə azot  əsas qida maddəsi hesab olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir. Fosfor – bitkinin bar orqanlarının əmələ gəlməsinə və inkişafına  yaxşı təsir edir, vegetasiya müddətini qısaldır.\r\n\r\nKalium – bitkilərdə maddələr  mübadiləsini  aktivləşdirir. Kalium gübrəsi bitkidə saxarozanın, yağların, nişastanın sintezini gücləndirir.\r\n\r\nAzot, fosfor və kaliumun çatışmazlığı torpaqda münbitliyin azalmasına, bütövlükdə isə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının azalmasına  səbəb olur.\r\n\r\nBitkilərin qida maddələri ilə tam təmin olunmadığı şəraitdə hətta ən yaxşı elit bitki sortunun toxumundan istifadə olunarsa, aqrotexniki tədbirləri optimal müddətlərdə və keyfiyyətlə həyata keçirilərsə belə, yenə də gözlənilən səmərəni almaq mümkün deyil.\r\n\r\nBecərilən kənd təsərrüfatı bitkiləri hər il əsas və əlavə məhsulu ilə birlikdə torpaqdan kifayət qədər qida maddəsi aparır.Əgər aparılan qida maddələri gübrələr şəklində torpağa qaytarılmazsa, nəticədə torpaq tədricən deqradasiyaya uğrayır və münbitliyi azalır. Aqrokimya elminin banilərindən biri Pryanişnikov apardığı elmi-tədqiqat işlərinin nəticələrinə əsasən bu nəticəyə gəliblər ki, məhsul gübrənin törəməsidir.\r\n\r\nAzot, fosfor və kalium gübrələri müəyyən olunmuş nisbətdə  daha doğrusu, onların tərkibindəki təsiredici maddələr ( N, P2O5, K2O)  becərilən bitkilərin tələbatına uyğun nisbətdə  və bu gübrələrin hər üçü birlikdə torpağa verilməlidir.  Becərilən bitkilərin məhsuldarlığı konkret-iqlim şəraitindən, becərilən sortdan, aqrotexnikanın səviyyəsindən asılıdır.\r\n\r\nBitkilərin bioloji xüsusiyyətləri nəzərə alınmaqla mineral gübrələrin formaları, dozası, mineral gübrələrin torpağa verilməsi vaxtı, basdırılma dərinliyi  və verilmə üsulu  da dəqiq müəyyən edilməlidir. Bu zaman gübrələrin verilməsi vaxtı digər aqrotexniki tədbirlərlə düzgün əlaqələndirilməlidir.\r\n\r\nAzot gübrəsi torpaqda suvarma suyu və ya yağıntı sularının təsirindən bitkilər tərəfindən asan mənimsənilir, fosforlu gübrənin və kalium gübrələrinin miqrasiya etmək qabiliyyəti isə zəifdir. Belə gübrələr bitkilərin kök sisteminin yayıldığı qatlara verilməlidir… Torpağın üst qatı çox quru olduğundan  həmin qatda bitkinin kökünün əmici telləri ya əmələ gəlmir, ya da tez tələf olur, beləliklə həmin bitkilər fosfor və kaliumdan istifadə edə bilmirlər. Deməli, gübrələrin basdırılma dərinliyi də diqqətdən yayılmamalıdır. Təcrübə göstərir ki, fosforlu və kaliumlu gübrələr 10 sm-dən dayaz basdırılmamalıdır. Lakin gələn ildə dərin şum zamanı həmin gübrə alt qata düşməklə istifadə oluna bilər. Bu isə həmin ilin nəticələrinə təsir etmir.\r\n\r\nQida maddələrinin miqdarından və planlaşdırılan məhsuldarlıqdan asılı olaraq mineral gübrələrin verilmə dozası torpaqda bitkilərin lazımı qədərində olmalıdır. Bitkinin bu mineral gübrələrə olan tələbatı bitkinin analizindən sonra müəyyənləşdirilir. Gübrələrin torpağa verilmə müddətlərinin müəyyən edilməsi onların səmərəliliyinin artırılması deməkdir.\r\n\r\nBitkilərə azot gübrəsinin illik normasının 20-30 faizini səpinqabağı becəmədə, yaxud səpinlə birlikdə, 70-80 faizin isə vegetasiya müddətində yaz-yay aylarında yemləmə şəklində verilməlidir.\r\n\r\nFosforlu gübrələrin bir hissəsi dərin şum altına, bir hissəsi  səpin zamanı və vegetasiya müddətində, əsasən payızda,  dərin basdırılmalıdır.\r\n\r\nKalium gübrəsinin nəzərdə tutulan miqdarının yarısı əsas gübrə kimi şum altına verilməli, digər qalan hissəsi  yemləmə şəklində vegetasiya müddətində verilməlidir.\r\n\r\nBitkilərin su ilə təmin olunması, torpağa verilmiş gübrənin səmərəli olmasını, bitkilərin normal qidalanmasını şərtləndirər. Məlumdur ki, bitkilər qida maddələrini -məhlul şəklində – suda həll olunmuş qida maddələrini qəbul edir.\r\n\r\nÜzvi gübrələr (peyin, peyin şirəsi, fekalii, quş zılı, kompostlar, şəhərin üzvi tullantıları, yaşıl gübrələr (sideratlar) və s.) mineral gübrələrlə birlikdə tətbiq olunsa, daha çox səmərə verər. Çünki  torpağa mineral gübrələrin təsirindən yaranan  zərərli artımın bir hissəsi çətin həll olduğundan  peyinin mineral gübrələrlə birlikdə tətbiqi bu çatışmazlığı aradan qaldırır. Eyni zamanda peyinin tətbiq edilməsi nəticəsində bitkilərin torpaqdan aldıqları qida maddələri yenidən torpağa qaytarılır.\r\n\r\nPeyin torpağı qida maddələri ilə zənginləşdirir, torpağın münbitliyini və bitkilərin məhsuldarlığını artırır, torpağın susaxlama, su və hava keçmə qabiliyyətini yaxşılaşdırır və bütün vegetasiya boyu gübrənin səmərəli təsir müddətini uzadır. Onun tərkibində olan və torpağda yaşayan faydalı mikroorqanizmlərin fəaliyyəti sayəsində torpağın tərkibindəki çətin həll olan mineral qida maddələri asan mənimsənilən formaya çevrilir. Peyinin ətrafında olan mikroblar üzvi  maddələri parçalayaraq bilavasitə bitkinin kök sisteminin  sorulma zonasında asan mənimsənilən qida maddələrinin  miqdarını artırır.\r\n\r\nƏn yaxşı üzvi gübrələrdən biri də biohumusdur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə hesab edilir.\r\n\r\nBiohumus peyinə nisbətən daha üstün üzvi gübrə hesab edilir. Bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə bərabərdir. Ona görə də mürəkkəb gübrələrdən istifadə edərkən optimal nisbətin çatışmayan hissəsini sadə gübrələrlə tamamlamaq lazım gəlir.\r\n\r\nAparılmış uzun müddətli tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, respublikamızın əkinə yararlı torpaqlarında əsas qida maddələri azot, fosfor, kalium balansı mənfidir və onların çatışmazlığı – defisiti yüksəkdir. Bu da torpaq münbitliyinin ildən- ilə aşağı düşməsinə səbəb olur. Yalnız gübrə təminatını yaxşılaşdırmaq lazımdır.\r\n\r\nXosrov Natil\r\n\r\n 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 45
  • 41
  • 686
  • 4,420
ILK-10 Azeri Website Directory