Kamal Abdullayev: Multikulturalizm Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir

Kamal Abdullayev: Multikulturalizm Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir\r\n

  «Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir».

\r\n

\r\n

\r\n\r\nBu fikri Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.\r\n\r\nK.Abdullayev bildirib ki, milli mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, əsas məsələ məscidlərdə, dini müəssisələrdə ümumi maarifçilik prinsiplərinin qoyulmasıdır.\r\n\r\n

\r\n\r\n\r\n«Ümumi maarifçilik bu gün bizim dindarlarımıza da, məscid əhlimizə də lazımdır. Məscidlərdə təkcə dini kitab yox, dünyəvi kitablar da olmalıdır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi vasitəsilə bu istiqamətdə iş aparmaq, məscidləri mütəmadi olaraq dünyəvi kitablarla zənginləşdirmək olar»- deyə, Dövlət müşaviri vurğulayıb.\r\n\r\nK.Abdullayev onu da qeyd edib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir. O, əlavə edib ki, Azərbaycanda dini və milli zəmində ayrı-seçkiliyin izi belə yoxdur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 33
  • 27
  • 404
  • 2,115
ILK-10 Azeri Website Directory